Düzgün analiz, axsayan icraçılar - Yazı
Dünən "Qarabağ" Avropa Liqasının Qrup mərhələsində ilk oyununu keçirdi. 2 cavabsız qolla gələn məğlubiyyətə, futbol ictimaiyyəti tərəfindən müxtəlif səbəblər göstərildi. Görəsən, "Qarabağ"ın məğlubiyyətinə əsl səbəblər nə oldu?
Baş Məşqçinin işi - Qurban Qurbanovun rəqibin hər incə məqamlarına belə diqqət etdiyini hamımız yaxşı bilirik. Təbii ki, yanıldığı və ya rəqibindən gözlədiyi oyunun əksini gördüyü oyunlar da yox deyil. "Sportinq"lə oyunda isə bundan söhbət belə gedə bilməzdi.
Çoxumuzun beynində planlaşdırdığı oyun - "Sportinq" ilk dəqiqələrdən hücumlar edəcək, qapımızda təzyiq yaradacaq və ardıcıl qollar. Sir deyil ki, içimizdə böyükhesablı məğlubiyyət qorxusu da vardı. Səbəblər isə yetəri qədər
Əksini gördüyümüz əla çıxış - tam düşündüklərimizin əksi oldu. İlk dəqiqələr qapımıza nisbətən yüklənməyə cəhd edən rəqib, 10-cu dəqiqədən hissənin son 5dəqiqəsinə kimi, ümumiyyətlə, heç nə edə bilmədi. Son 5dəqiqədə isə sadəcə qapımıza yaxın zonalarda var-gəl etdiklərini gördük. Bunun nəticəsi idi ki, Vaqnerin bir müdaxiləsi istisna rəqib qapımızda 1 real qol epizodu belə yarada bilməmişdi. Əksinə hissənin ən real qol epizodunu " Qarabağ" adına Emeqara qaçırdı. Emeqeranın qeyri-dəqiqliyi istisna, hər şey zərgər dəqiqliyi ilə hesablanmış plana uyğun gedirdi. Müdafiyəyə tam qapanmadan, intizamlı oyun və oyun ərzində ələ düşəcək 1 ya 2 real qol şansını qola çevirmək.
Bu cür gedişat nə havadan idi, nə də Taxo çayının suyundan...
Qurbanovun zəkasının, rəqibin düzgün təhlilinin nəticəsi idi.
Axsayan icraçılar və ya səviyyə fərqi - İkinci hissə də eyni templə davam edirdi. Ta ki, Naninin futbolçularımızı rahatlıqla aldadıb, məşqdəymiş kimi verdiyi sadə ötürməyə kimi. Hesab 1-0. Hələ də heç nə itirilməyib. Vurulacaq bir qol növbəti surpriz nəticəni reallaşdıra bilər. amma ...
Qara Arazın, Abbasın tam olaraq boş qaldığı cinahı görmək, ötürmə etmək əvəzinə, topu çətin vəziyyətdə olan Miçelə verir və ya geriyə ötürmə edir. Hücumun effektliyi olur sıfır. Araz Abdullayev cinahdan ortaya meyillənir, əla, boş qalan Mahiri görür, o da əla, amma verdiyi ötürmə qapı xəttindən kənara çıxır. Mahirin özündən danışsaq, gərək yeni bir yazıya başlamış olaq. Xülasə, ümidlər davam edir, amma...
Bədavi növbəti kobud səhvi edir və qol. Hesab 2-0!
Təcrübəli komandalar belə səhvlərin elə birincisində cəzanı kəsir. "Sportinq" insafən bir neçə səhvdə bizi bağışladı, amma çox gedəsi deyildi ki, getmədi də.
Ümumiyyətlə, yerli futbolçuların çıxışı haqda çox şey yazmaq, danışmaq olar. Amma ehtiyac yoxdur, çünki 4-ü Avropa Liqasının, 1-i Çempionlar Liqasının qrupu olmaqla 8-9 ildi davamlı avrokuboklarda oynayıb, heç avropa klubları demirəm , qonşu postsovet ölkələrin klublarının diqqətini çəkməməklə özləri demiş olur. Yaxşı ki, çempionatda oynadılmağa məcbursunuz, yoxsa heç bu ölkə üçün də lazım olmazsınız. Heyf, çox heyf ki, topunuz bir Gerrye faydasında olmadınız
Futbolda rəqibi düzgün təhlil çox şeydi, amma hər şey deyil. Baş məşqçinin düzgün tapşırıqları, rəqibi düzgün analizi qədər, həm də icraçılar düzgün və sona kimi oynaması vacibdi. "Sportinq" kimi komandalardan xal və xallar almağın yolu, düstüru bundan keçir.
Ümid edək ki, "Arsenal"la oyunda komandamızın icracıları Qurban Qurbanovun zəkasını tam olaraq tamamlamış olar. Çətindi, amma mümkünsüz heç nə yoxdu. Axı bizim "Atletiko", "İnter" kimi mümkünsüz görünən nəticələrə cığır açan oyunlarımız yox deyil
Xanoğlan İmanov
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |