"Getdikcə daha da artırmalıyıq" - Aftandil Hacıyev

22.09.2018 | 3598 dəfə oxunub

Səbail"in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın V turunda "Sabah"la evdə qolsuz bərabərliklə nəticələnən görüşdən sonra  keçirilğn mətbuat konfransında jurnalistlərin suallarını cavab landırıb

 - Oyun həqqiətən maraqlı keçdi. Əsassən ikinci hissədə daha çox hücum etdik. Get-gedə komandamız oyununu tapır. Fikrimcə, ilk turdan indiyədək oyunumuzda inkişaf var. Getdickə daha da artırmalıyıq. Komandamdan razı qaldım. Hər oyun bu cür çətin olur. Heç bir komanda uduzmaq istəmir. "Sabah"a uğurlar arzulayıram. Azərbaycan futbol ictimaiyyətini təəcübləndirməyi bacarıb.

- Demək olarmı ki, bu gün 1 xal qazanmadınız, 2 xal itirdiniz?

- Əlbəttə! Bu cür yaxşı oyunla 3 xal qazanmaq yaxşı olardı. Ancaq bu gün xal qazanmışıqsa, aktivimizə 1 xal gəlir. Oyunumuzu yaxşılaşdırsaq, səfərdə də qalib gələ bilərik. Qol epizodlarının istifadəsi üzərində daha çox işləməliyik. Şanslarımızdan yararlana bilməmək ustalıq səviyyəsi ilə bağlı da ola bilər, bəxtsizliklə də. Düşünürəm ki, qol epizodlarından yararlanmamağımız gələcəkdə özünü göstərəcək.

- Meksikalı legioneriniz Paçeko ən yaxşılardan idi, ancaq onu əvəzlədiniz. Özü də sanki narazı idiniz.

- Paçekonun əvəzlənməyi oyunuyla bağlı deyildi. Ayağında ağrı vardı. İstəmədik ki, risk edək. Rəqibin əks-hücumlarının qarşısını almağımız laızm idi. "Sabah" əks-hücumlarda təhlükəlidi.

- Hər dəfə Fəhmin Muradbəylini Aqşin Qurbanlı ilə əvəzləyirsiniz. Bu, 21 yaş limitinə görədi, yoxsa..?

- Fəhmin son vaxtla həm yığmada, həm də U-21-də çox çalışıb. Bu gün də bacardığı qədər gücünü ortaya qoydu. Onun əvəzlənməsi başqa bir şeylə bağlı deyil. Aqşin də 21 yaş limitli futbolçularımızdan biridi 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail