Abdullah Zubir: "Rəqiblər bizə qarşı xüsusi hazırlaşır"

24.09.2018 | 4624 dəfə oxunub

Azərbaycan Premyer Liqasının V turunda "Qarabağ" "Qəbələ"ni 4-1 hesabı ilə məğlub edib.

Stadium.az xəbər verir ki, oyundan sonra qarşılaşmada iki qol vuran "Qarabağ"ln futbolçusu Abdullah Zubir jurnalistlərə müsahibə verib. 

- Uğurlu nəticə üçün xoşbəxtəm. Eyni zamanda, komand baxımlı oyun nümayiş etdirdi. Bu, gələcək oyunlarımız üçün yaxşı olacaq.

- Dubla imza atdın və “Qarabağ” forması ilə ilk qollarını vurdun.

- Çox sevincliyəm. Hər şeydən önəmli olan komandanın nəticəsidir. Qolum elə də vacib deyil. Uğurlu nəticələr bizə daha çox lazımdır.

- Çempionluq uğrunda əsas rəqib kimi hansı komandanı görürsən?

- Məncə, kimisə qeyd etmək olmaz. Hələ marafonun sonuna çox var. Oyunlar çətin keçir. Rəqiblər bizə qarşı xüsusi hazırlaşırlar. Oyundan oyuna qalib gəlməliyik.

- “Neftçi” liderdir. Onları qeyd etmirsən?

- Xeyr.

- “Sportinq”ə məğlubiyyətdən sonra bu oyunda qalib gəlmək nə dərəcədə vacib idi?

- Çox önəmli idi. Vəziyyəti pozitiv etmək istəyirdik. Çox sevinirik ki, bunu bacardıq.

- Komandaya yeni gələndə daha çox fərdi oynayırdın. Amma getdikcə daha çox komanda oyununa üstünlük verirsən.

- Məncə, belə deyil. Öz oyunumu göstərirəm. İndi komandaya uyğunlaşmışam.

- “Qarabağ”ı sıx qrafik gözləyir. 10 gün ərzində “Zirə”, “Sabah” və “Arsenal”la qarşılaşacaqsınız. Bunun öhdəsindən gələ biləcəksiniz?

- Bu, futboldur, oynamalıyıq. Avropada da 3 gündən bir oyuna çıxırlar. Meydana çıxıb, nəticə qazanmalıyıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail