“Keşlə”dən 700-cü, Slavikdən 10-cu qol

25.09.2018 | 6353 dəfə oxunub

“Keşlə” Azərbaycan çempionatlarında 700-cü qolunu vurub. Stadium.Az xəbər verir ki, yubiley qolunun müəllifi Slavik Alxasov olub.

O, Azərbaycan Premyer Liqasının V turunun “Sumqayıt”la qarşılaşmasında (1:2) komandasının tarixi qoluna imza atıb.

700-cü qolu 522-ci matçda vuran “Keşlə”nin orta məhsuldarlığı 1,34-ə bərabərdir. Paytaxt klubu qol sayında “Neftçi”, “Qarabağ”, “Kəpəz” və “Turan”dan sonra 5-ci pillədədir. Əvvəllər “Xəzər Universiteti” (1999-2004) və “İnter” (2004-2017) adlanan klubun ilk qolu isə 1999/2000 mövsümünə təsadüf edib. 1999-cu il noyabrın 7-də “Neftçi” ilə ev oyununun (2:3) 37-ci dəqiqəsində fərqlənən Samir Ələkbərov klubun tarixinə düşüb. 

“Sumqayıt”ın qapısına vurulan top həm də Slavikin Azərbaycan çempionatlarında 10-cu qolu olub. O, “Sumqayıt”da 3, “Keşlə”də 7 dəfə fərqlənib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail