"Komandada rahatlıq oldu" - Qurban Qurbanov

26.09.2018 | 3964 dəfə oxunub

Azərbaycan Premyer Liqasında I turdan təxirə salınmış oyunda “Qarabağ” “Zirə” ilə qarşılaşdı.

Ağdam klubunun 3:2 hesablı qələbəsi ilə başa çatan matçdan sonra keçirilən mətbuat konfransında komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı. Təcrübəli mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirib: - Vacib 3 xal qazandıq. Hər şey planlaşdırdığımız kimi alındı. Məqsədimiz qələbə idi. “Zirə” çox yaxşı oyun göstərdi. Bu cür çıxışa görə turnir cədvəlində öz yerlərində deyillər. Düşünürəm ki, qarşıdakı oyunlarda daha yaxşı “Zirə” görəcəyik. Öz futbolçularımı təbrik edirəm. Çox sıx qrafikdəyik. Demək olar ki, hər 3 gündən bir oyun düşür. İş rejimimizi daha da artırmalıyıq. Bu, ən peşəkar ilimiz olmalıdı. İnanıram ki, futbolçular bunu bacaracaqlar.

- Geryenin durumu nə yerdədi?

- Bizdə olan məlumata görə, çiyni çıxmışdı. Həkimlərin müdaxiləsindən sonra yerinə salındı. Hələ ki, tam bilgimiz yoxdu.

- Hesab 2:0- olandan sonra fərqin daha da artacağıını gözləmək olardı. Ancaq əksi baş verdi. Komanda rahatlaşdı?

- Hiss olundu. İkinci qoldan sonra komandada rahatlıq oldu. Buna baxmayaraq, çoxlu qol imkanları yarada bildik. Arxayınlıq hiss edildi. Ancaq tez bir zamanda yığışa bildilər və qələbə qazandılar.

- Hannes Haldorsonun oyunu sizi qane etdimi?

- Qolların hər ikisi gözəl oldu. İnanmıram ki, qapıçılıq bir şey olsun. Üç qapıçının hər birinə əsas qapıçı kimi baxıram. Bəlkə də, biri daha çox oynayır, amma çalışırıq ki, hamısına şərait yaradaq.

- Bu gün daha çox əsas oyunçulara şans vermişdiz.

- Əvvəlki oyunda rotasiyalar etmişdik. Bu gün həmin matçda meydana çıxmayanları oynatdıq. İstəmirdik ki, formalarından uzaqlaşsınlar. 3 gündən sonra yenə oyunumuzdu. Heyəti necə qurmaq üstündə düşünəcəyik.

- Gələn ayın 4-ü “Arsenal”la oynayacaqsız, iki gün sonra isə “Keşlə” ilə matç var. Həmin qarşılaşmanın təxirə salınacağını gözləmək olarmı?

- Yəqin ki, oyunun təxirə salınması üçün müraciət edəcəyik. Bir gün sonraya keçirmək də millinin oyunu ilə uyğun gəlmir. Oyunların təxirə salınmasını xoşlamıram. Sonra gəlib sıx qrafikə düşürük. İstərdik ki, oynayaq, amma belə alınıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail