"Çətin oyun oldu" - Qurban Qurbanov

29.09.2018 | 4000 dəfə oxunub

Premyer Liqanın VI turun oyunları keçirilib. İlk oyun günündə “Qarabağ” səfərdə “Sabah”la qarşılaşıb. Oyun ağdamlıların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçdan sonra keçirilən mtbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov matç haqda danışıb:

“Futbolçularımı təbrik edirəm. Gözəl qələbə qazandılar. Həddindən artıq çətin oldu, buna baxmayaraq istəyimizə çatıdıq Bu gün çox yaxşı müdafiə olunan komandaya qarşı oynadıq, rəqib əks-hücumda da təhlükəli idi. Meydanda görünürdü ki, rəqib çox hazırlıqlıdı. Futbolçularım çətinlik çəkdi, ancaq ümumilikdə intizamlı oynadılar. Azarkeşlərimizə də təşəkkür edirəm, stadionun hər yerində onları hiss edirdim”

Mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

– “Arsenal”la oyunöncəsi medafiəmeyilli komandaya qarşı oynamaq komandaya necə təsir göstərəcək?

– Əlbəttə, fərqli rəqiblərdi. Ancaq qalib gəlmək istəyirdik, xallarımızı artırmaq istəyirdik. Baxmayaraq ki, futbolçularımız yaxşı oynadı, ancaq çox əziyyət çəkdilər. “Arsenal”la oyunda iki qatını etməliyik

Əvəzetmələr oyuna görə oldu?

– Bəlkə, bir dəyişiklik fərqli oldu. Amma ümumilikdə, oyunun gedişatına görə dəyişiklik edirik. Bəzi oyunçular var ki, onlara istirahıt vermək istəyirdim. Bugünki dəyişiklər sırf oyunun gedişatına görədir.

– “Sabah”ın heyətində milliyə namizəd varmı?

– Hər hansı fikir söyləyə bilmərəm. Millidə oynayan oyunçu var – Cavid İmamverdiyev. Xüsusi qeyd edəcəyim oyunçu yoxdu

BOS-da keçirilən son oyunda ot örtüyü elə də yaxşı deyildi.

– Orada işlər gedir. Fikirlər həmin stadiona yönəlib. Düşünürəm ki, son oyuna nisbətən xeyli fərqli olacaq



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail