Aftandil Hacıyev: "Ona görə də biz başqa variant seçmək məcburiyyətində qaldıq"

29.09.2018 | 6402 dəfə oxunub

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının VI turunda səfərdə “Neftçi”yə 0-4 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:


- Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Bu gün meydanda tək “Neftçi” var idi. “Neftçi” hər zaman rəqibin səhvlərindən istifadə edib. Eyni səhvləri bizim futbolçularımız da təkrar etdilər. Müdafiəçilərimizin oyunundan narazıyam. Kintanovskinin olmaması oyunumuza təsir etdi. Ancaq bunlar bəhanə deyil. 

- Oyuna baxanda düşünürdünüz ki, belə komandanın Premyer Liqada nə işi var?

- Oyunçularıma bir oyunla qiymət vermirəm. Düzdü, böyük hesabla məğlub olmaq yaxşı hal deyil. Ancaq çempionatda hər bir komandanın 4 qollu qələbə qazanmaq imkanı var.  Söhbət məğlubiyyətdən getmir, sadəcə, komandanı tanıya bilmədim. Planlaşdırdığımız bəzi şeylər alınmadı. Məğlubiyyətə görə utanmıram. Futbolçularımla fəxr edirəm. Bizi kimsə “Neftçi” ilə müqayisə edirsə, yanılır. Rəqib çempionluğa oynayan komandadır. 

- Oyunöncəsi son məşqinizi bu stadionda keçirməmisiniz. Bunun səbəbi nə idi?

- Bizə dedilər ki, meydançanın vəziyyəti yaxşı deyil. Ona görə də biz başqa variant seçmək məcburiyyətində qaldıq. Həmçinin, düşündük ki, stadion oyun üçün yaxşı vəziyyətdə olmalıdır.  

- Belə nəticələr gələcək taleyinizə təsir etmir?

- Bu oyundan sonra rəhbərliklə görüşümüz olmayıb. Ancaq bundan öncə pozitiv görüşlərimiz olub. Nə olacağını zaman göstərəcək. Mənə yaxşı komanda yaratmaq tapşırığı verilib. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail