Maksim Medvedev: "belə oyunlar tez-tez olsa daha asan olardı"

03.10.2018 | 3875 dəfə oxunub

“Bizi maraqlı oyun gözləyir. Özümüzü sınamaq istəyirik. Çalışacağıq ki, ən yaxşı oyunlarımızdan birini sərgiləyək və baş məşqçinin tapşırıqlarını yerinə yetirib, yaxşı nəticə qazanaq". 

Stadium.az xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Maksim Medvedev Avropa Liqasının qrup mərhələsinin II turunda evdə İngiltərənin “Arsenal” komandasına qarşı keçirəcəkləri oyundan əvvəl söyləyib. 

Təcrübəli müdafiəçi Bakı Olimpiya Stadionunda təşkil edilən mətbuat konfransında “Arsenal” ilə İspaniya “Atletiko”sunu müqayisə edib: "Atletiko” ilə oynayanda fikirləşirdik ki, texnikalıdırlar. “Arsenal” isə həm fiziki, həm texniki, həm də sürət baxımından güclüdür. Ona görə də hazır olmalıyıq. Biz Azərbaycan çempionatında oynayırıq, ildə 1-2 belə oyunumuz olur. Belə matçlar tez-tez olsaydı, daha asan olardı. İngiltərə futbolu yüksək səviyyədədir, hər cəhətdən güclüdürlər".


Medvedev deyib ki, rəqib futbolçularla forma dəyişməyə utanır: “Oyundan sonra meydanda rəqib futbolçularla forma dəyişmək məsələsindən uzağam. Çünki utanıram. Ola bilər, paltardəyişmə otağında dəyişim. Kolleksiya yığmıram, həvəsim yoxdur. Güclü futbolçulara qarşı oynamışam, amma heç kimin arxasınca düşüb forma almaq istəmirəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail