İtaliyalı jurnalistdən "Qarabağ"la bağlı kitab

04.10.2018 | 3800 dəfə oxunub

Bakıda italiyalı yazar Emmanuele Culianellinin “Qarabağ” – şəhəri olmadan Avropanı fəth edən komanda” kitabının təqdimatı olub. 

Stadium.az xəbər verir kj, “Qarabağ” futbol klubu haqda yazılan kitabın təqdimatında müəllif ideyanın tarixəçsindən söz açıb. O, bildirib ki, Ağdam təmsilçisinin avrokuboklardakı nəticələri bu kitabı yazmağa səbəb olub: “Komandanın torpağı, doğma şəhər olmadığı halda bu yerlərə gəlib çıxması diqqətimi cəlb etdi. “Qarabağ”ın 2009-cu ildə Norveçin “Rusenborq”la oyunlarına baxdıqdan və Ermənistana səfərimdən sonra bu kitabı yazmağa qərar verdim. Ötən il “Çelsi” ilə Çempionlar Liqasındakı oyunu izlədikdən sonra Qurban Qurbanovla görüşdüm. O, mənə ətraflı məlumatlar verdi. Avropa və İtaliyada bir çox insan “Qarabağ”ı tanımırdı. Lakin Çempionlar Liqasının oyunlarında “Roma” klubuna müqaviməti komandanın tanınmasına səbəb olub və kitab İtaliyada müsbət qarşılanıb. Bəzi insanlar mənimlə ünsiyyət quraraq, kitabı yazmaqla yaxşı iş gördüyümü söyləyiblər. Bu kitabın satışında, mənə gələn qazancda o qədər də maraqlı deyiləm. Məni maraqlandıran məsələ, kobud desək, bu vəhşiliyi tanıtmaqdır ki, "Qarabağ"ın çətin vəziyyətdən çıxaraq, bu cür nailiyyətləri əldə etməsini göstərim. Onlar bu vəhşilik barədə ətraflı məlumat topladıqlarını bildiriblər”.

İtaliyalı yazıçı bildirib ki, kitabın hazırlanması 9 ay çəkib: “Hollandiyalı yazıçı dostum mənə kitabını təqdim edib və həmin resurslardan yararlanaraq, bu kitabı ərsəyə gətirmişik. Ötən ilin oktyabrında kitabı yazmağa başlamışam və 9 aya bitirmişəm. “Qarabağ” haqda başqa kitablar da yaza bilərəm. Eləcə də, Azərbaycanın Millətlər Liqasındakı çıxışı barədə”. E.Culianelli kitabın qiymətinin 15-16 avro olduğunu söyləyib. O, kitabı sponsorsuz ərsəyə gətirdiyini vurğulayıb: “Kitabı öz vəsaitim hesabına ərsəyə gətirmişəm. AFFA bu kitabın ərsəyə gəlməsinə çox sevindi. Rus və Azərbaycan dilinə tərcüməsi üçün hazırda ünsiyyətdəyik. Hələlik 2-3 min tirajla çıxıb”. 

Emanuele Culianellinin daha əvvəl “Qarabağ” klubu ilə bağlı “Eurasianet”, FİFA-nın rəsmi jurnalında, “Corriere della Sera”da məqalələri dərc olunub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail