Qara Qarayev: "Ən çətin dövr indi başlayır" - MÜSAHİBƏ

12.10.2018 | 4873 dəfə oxunub

Azərbaycan millisinin futbolçusu Qara Qarayev UEFA Millətlər Liqasının III turunda səfərdə Farer adalarını 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra brifinqdə jurnalistlərin suallarını cavablandırıb.  
 
- Komanda ilk iki oyunda qələbə qazana bilmədi. Bu gün isə 3:0 hesablı qələbəyə sevindi. Bu yüksəlişin səbəbi nədir?
 
- Əvvəlki matçlarda olduğu kimi bu oyuna da yaxşı hazırlaşmışdıq. Hər qarşılaşmaya eyni motivasiya ilə çıxırdıq. Bundan öncəki oyunlarda imkanlardan yararlana bilmirdik. Buna görə oyunlar bizim üçün ağırlaşırdı. Bu görüşdə hesabda önə çıxmağımız bizə əlavə motivasiya verdi. Həmin andan sonra qalibiyyəti əldən verməməyi başa düşdük. Düşünürəm ki, yaxşı nəticə qazandıq. Bunu qoruyub saxlamaq lazımdır. Ən çətin dövr indi başlayır. Vaxtımız da azdır. Yenidən uzun bir yol qət edəcəyik. İnanıram ki, azarkeşlərin də dəstəyi ilə Malta matçında da yaxşı oyun sərgiləyəcəyik.
 
- Boş qapıdan iki vacib top çıxartdınız.

- Düşünmürəm ki, çıxartdığım toplara görə xüsusi təşəkkür alacam. Bu, mənim işimdir. Komandama faydalı olacamsa, lazım gəlsə, boş qapıdan da top çıxardacağam, lazım olsa, qapıda da dayanacağam. Bu epizodlara görə xüsusi təşəkkürü fikirləşməmişdim. Borcumdur. Sevinirəm ki, bunun öhdəsindən gələ bildim.
 
-Üç gündən sonra Malta ilə vacib oyunumuz var. Azərkeşlərə nə sözünüz var?

- Azarkeşlərə yalnız xoş sözlər deyə bilərik. Onlar həmişə bizi dəstəkləyiblər. Həmişə olduğu kimi milli komandanı dəstəkləsinlər. Necə ki, bunu edirlər. Bundan öncə tənqidlər də olub. Bu da normaldır. Hamısına təşəkkürümüzü bildiririk. Onların dəstəyi bizim üçün vacibdir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail