Rüfət Dadaşov: "Mübarizəni sona kimi davam etdirəcəyik"

17.10.2018 | 4290 dəfə oxunub

"Məşqçilər və futbolçular haqqımda müsbət danışdılar. Milliyə qayıtdığım üçün məmnunam. Farer adalarına şaxtalı havada, süni örtüklü meydanda qalib gəldik, amma Malta ilə heç-heçə bizi məyus etdi. Şanslardan istifadə edə bilmədik".

Stadium.az xəbər verir ki, bu sözləri millimizin və Almaniya III Bundesliqa təmsilçisi "Proyssen"in hücumçusu Rüfət Dadaşov deyib. 28 yaşlı forvard Millətlər Liqasında yığmamızın qrup lideri olmaq üçün mübarizəyə davam edəcəyini deyib: "Malta ilə oyunda bir neçə qol epizodundan yararlanmadım. Buna baxmayaraq, biz qrup lideri olmaq üçün mübarizəni sona qədər davam etdirəcəyik". Rüfət Dadaşov yığmada rus dilindən danışaraq, hər kəslə rahat ünsiyyət qurduğunu deyib: "Millidə rus dilindən istifadə edirdim. Komandada demək olar ki, hər kəs bu dili bilir. Ancaq Dmitri Nazarov üçün alman dilini bilən tərcüməçi var".

Dadaşov yenidən milliyə dəvət alacağına ümid edir: "İki oyunda 90 dəqiqə meydanda oldum. Fikrimcə, pis təsir bağışlamadım. Ümid edirəm ki, yenidən yığmaya dəvət alacam".

Rüfət himnimizi öyrənməyə çalışdığını qeyd edib: "Azərbaycanın dövlət himnini bilmədiyim üçün oyunlarda oxumuram. Amma bunun üzərində çalışıram".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail