"Böyük klublardan təklif gəlsə, qəbul edərəm" - Dari Frederiko

20.10.2018 | 4327 dəfə oxunub

"Neftçi"nin futbolçusu Dario Frederiko "Torcedores.com" saytına müsahibə verib

Stadium.az xəbər verir ki, braziliyalı futbolçu Azərbaycana gəlişi - "Kəpəz"ə keçidini karyerasının ən düzgün addımı adlandırıb: "Ən yaxşı transferim "Kəpəz"ə keçmək olub. Portuqaliyanın "Trofense" klubunda pis vəziyyətdə idim. Ancaq Azərbaycanda fərqli oldu. Bu gün də "Kəpəz" azarkeşlərinin diqqətini hiss edirəm". Dario "Neftçi"nin bu mövsümkü çıxışından və hədəflərindən söz açıb: "Təəssüf ki, Avropa Liqasında mübarizəyə davam edə bilmədik. İndi bütün diqqətimizi ölkə çempionatına yönəltmişik. Burda razıyam. Yaxşı gəlirim var. "Neftçi" 2012/2013 mövsümündən sonra çempion ola bilməyib. Klub çempionatdakı heyətini çempionatdakı ən yaxşı futbolçularla gücləndirib. Komandanın əsas məqsədi ölkə çempionu olmaqdı". Frederiko böyük klublardan təklif alacağı halda gedəcəyini söyləyib. O, həmçinin ölkəsində oynamaq arzusunu dilə gətirib: "Yenidən öz ölkəmdə oynamaq istəyirəm. Ancaq böyük klublardan təklif olsa, qəbul edərdim".

Dario son olaraq oyunlarını bəyəndiyi futbolçuların adlarını da açıqlayıb: "Bir çoxlarının oyunlarını bəyənirəm. Ronaldinyo, Neymar və Ronaldo gördüyüm ən yaxşı futbolçulardı".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail