"Futbolçuların əziyyətinə heyfim gəlir" - Qurban Qurbanov

20.10.2018 | 3644 dəfə oxunub

"Danışmağa çox ehtiyac yoxdu. Texniki məğlubiyyət olacaq. Futbolçular bir müddət idi birgə deyildilər. Bunun da təsiri olmuşdu. "Səbail”i təbrik edirəm”.

Stadium.az xəbər verir ki, bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov evdə "Səbail"ə 1:0 hesabı ilə qalib gəldikləri, lakin adı protokolda olmayan oyunçu meydana buraxdıqları üçün texniki məğlubiyyətlə nəticələnəcək görüş barədə danışarkən deyib. 46 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

- Yanlış əvəzetmə zamanı meydanda olan futbolçuların bundan xəbəri var idimi? 

- Xeyir

- Bunda məsul şəxs kimdi?

- Əlbəttə ki, bütün məşqçilər buna baxmalıdı. Amma hakimlər də futbolçu meydana girən zaman protokola baxmalıdı. Bəlkə kənar adam gəlib oturub. Əlbəttə ki, ən böyük səhv özümüzdədi. Protokolu hamı yoxlamalıdı. Biz səhv etmişik. Amma yanımızda 11 futbolçu oturur. Bundan sonra köməkçilər daha diqqətli olacaqlar. İstəmərəm ki, digər klublarda olsun. Fikrimcə, hakimlər də diqqətli olsalar, hamıya kömək etmiş olarlar. Futbolçular 90 dəqiqə əziyyət çəkirlər. Məğlubuyyətin əvəzini çıxmaq olar. Amma onların əziyyətinə heyfim gəlir. Siyahıya 23 futbolçu yazanda aləm dəyir bir-birinə. Həm legioner, həm gənc oyunçu limitinə baxmalısan. Hər kəs diqqətli olmalıdı. Bu gün texniki məğlubiyyət versinlər. Amma gələcəkdə başqa klubda belə hal olsa, ona məğlubiyyət verilməsinin tərəfdarı deyiləm.

- "Qarabağ”da ikinci dəfədi belə hal yaşanır. Görünür birinci səhvdən dərs çıxarılmayıb?

- Keçən dəfə legioner limitini pozmuşduq. Riçardı daha tez buraxmışdıq. Sadəcə, yerlərdə səhv etmişdik. Amma Abbas yerli futbolçudu. Onun adının yazılmaması taledi. Onu əvvəllər 60-65 dəqiqə oynatmağı düşünürdük. Amma zədədən yeni qayıdıb. - "Vorskla” ilə oyunöncəsi müdafiənin mərkəzi ilə bağlı planınız nədi? Rahil Məmmədovun meydana çıxmamağı nə ilə bağlıdı?

- Rəşadın da, Yakubun da oynamağına ehtiyac var idi. Neçə vaxt idi oynamırdılar. Rahil yığmanın son oyunlarında az oynamamışdı. Balansı qorumağa çalışdım. Bu gün Qara Qarayevi də sonradan meydana buraxdım. Futbolçuları düşünmək, qoruyub saxlamaq lazımdı. Həm fiziki, həm də psixoloji cəhətdən.

- "Neftçi” də uduzdu. Ancaq yenə də liderlik mövqeyində qərarlaşacaq. Qarşıdakı turda da onlarla qarşılaşacaqsınız... - Bu barədə heç nə demək istəmirəm. Texniki səhv mənə mənfi təsir etdi. "Vorskla” ilə matça qədər futbolçuları da hazırlamaq lazımdı. Çünki bu gün çox məyus idilər. Oyun proqramımız çox ağırdı. Ardıcıl 3 gündən bir oyunlarımız var. Ardından milli komandanın matçları gəlir. Futbolçuları həmin qarşılaşmalara düzgün hazırlamağa çalışacağıq. "Neftçi” barədə düşünmürəm. Heç oyunun gedişində də onların oyununu düşünmürdüm.

- Qoşunu döyüşə hazırlayan sərkərdə özünü bu sıx qrafikə kökləyə bilir?

- Əlbəttə, çox ağırdı və çox yoruluram. Təkcə işləmək məni yormaz. Bəzən heç nədən məndə gərginlik yaradır. Texniki bir səhv, hansısa detal mənim fikrimi yayındırır. Bilsəm ki, diqqətim təkcə işdədi, yorğunluq olmur. Adicə məşqdə istədiklərimiz olanda özümüz həzz alırıq. Bəli, yorğunluq olur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail