"Komandada böyük məsuliyyət var" - Qurban Qurbanov

24.10.2018 | 3805 dəfə oxunub

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasında qrup mərhələsinin III turunda sabah “Voskla”ya (Ukrayna) qarşı keçirəcəkləri oyun öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb

- Hamı bilir ki, vacib oyuna çıxırıq. İki turdan sonra hər iki komanda xalsızdı. Oyun haqda çox danışmağa ehtiyac yoxdu. Komandanı tam hazırlamışıq. Hamı matça ciddi hazırlaşır. Düşünürəm ki, sabah maraqlı və gərgin mübarizə olacaq.

- Premyer Liqadakı texniki məğlubiyyət hadisəsindən sonra komandada psixoloji cəhətdən köklənmə necədi?

- Hər şey qaydasındadı. Səhvlər olacaq. Bu, tam fərqli turnirdi. Heç bir porblem yoxdu.

- “Vorskla” “dişinizə” uyğun rəqibdi. Bu, sizdə psixoloji təzyiq yaratmır?

- Başa düşürük. Ciddi qrupa düşmüşük. Komandada böyük məsuliyyət var. Sabah ən yaxşı oyunlarımızdan birini keçirməyə çalışacağıq.

- Donald Gerye sabah iştirak edəcəkmi?

- Durumu yaxşıdı və oynamaq ehtimalı var. Hər şey sabah müəyyənləşəcək.

- Əsas problemlərimizdən biri də hücum xətti ilə bağlıdı. “Vorskla”nın qapısına qol vurmağın yollarını tapa bilmisinizmi?

- Hələ oynamamışıq, axtaracağıq. Qalib gəlmək üçün mütləq qol vurmağa çalışacağıq.

- Oyuna azarkeş marağı o qədər də yüksək deyil. Azarkeşlərə səslənmək fikriniz varmı?

- Məncə, ehtiyac yoxdu. Onlar həmişə bizimlə olublar. İnanıram ki, sabah da xeyli sayda azarkeş olacaq.

- “Vorskla” ilk iki oyunda qol vura bilib. Bununla bağlı planınız varmı? 

- Qol vuran komandadılar. Müdafiədə diqqətli və hücumda sürətli olmalıyıq. Hər şeyi nəzərdən keçirmişik və bunlara tam hazırlaşmışıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail