"Bakıya istirahət üçün gəlməmişik" - "Vorskla"ın baş məşqçisi

24.10.2018 | 4100 dəfə oxunub

Öncə bildirim ki, Bakı, insanlar, stadion çox gözəldir. Sabah bizi maraqlı oyun gözləyir. Hər iki komanda ilk iki turda qələbə qazanmadığı üçün itirəcəyi heç nə yoxdur”

Bu fikirləri “Vorskla”nın baş məşqçisi Vasili Saçko Avropa Liqasının qrup mərhələsinin 3-cü turunun “Qarabağ”la oyunu öncəsi keçirilən mətbuat konfransında səsləndirib. Qarşılaşma ilə bağlı danışan ukraynalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- Kobaxidze, Vasin, Kadimyanın Bakıya gəlməyəcəyi dəqiq idi. Sabahkı oyunda daha kimlər oynaya bilməyəcək?

- Həmin oyunçuların olmaması bizim üçün böyük itkidir. Əsas heyət üzvləridir. Onlardan başqa heyətdə itki yoxdur. Biz “Şaxtyor” və “Dinamo” səviyyəsində kollektiv deyilik, amma komanda ruhumuz var. Düşünürəm ki, “Qarabağ” kimi titullu komanda ilə oyun meydana çıxan futbolçular üçün özlərini göstərmək baxımından yaxşı imkan olacaq.

- “Volın”da Kamal Quliyev, Cahangir Həsənzadə kimi azərbaycanlı futbolçularla oynamısınız. Bakıda onlarla görüşmək fikriniz varmı?

- Hər birinə hörmət edirəm. Onlarla az oynamamışam. Bu futbolçuların sayəsində azərbaycanlıları daha yaxından tanımışam. Hələ ki, görüşməmişəm, ancaq telefonla danışmışıq. Amma inanıram ki, bu gün vaxt tapıb, həmin insanlarla bir fincan çay və ya qəhvə içəcəyəm. - “Qarabağ”la oyunda sizi hansı nəticə qane edəcək?

- Təbii ki, sabah qələbə qazanmaq istəyirik. Püşkdən sonra bilirdik ki, çətin qrupa düşmüşük. Favorit “Arsenal” və “Sportinq”dir. “Qarabağ”ı təhlil etmişik. “Dnepr”lə oyunlarda onlara da çətinlik yaşatmışdılar. Rəqibi geniş analiz etmişik ki, oyuna yaxşı hazırlaşa bilək. Güclü tərəfləri hücum xəttinin sürətli olması, topa nəzarət etmələri, heyətlərində milli üzvləri və təcrübəli futbolçuların çox olmasıdır. “Sportinq” və “Arsenal”la oyunlarda qol epizodları yarada bilirdilər. İnanıram ki, həmin komandalarla ikinci görüşlərdə xal və ya xallar qazana biləcəklər. “Qarabağ”ın da çatışmazlıqları var, amma indi bunu deməyəcəyəm. Baş məşqçi də mühüm amildir. Qurban Qurbanov uzun müddətdir bu komandaya rəhbərlik edir. Bilirəm ki, asan oyun olmayacaq. Ancaq Bakıya istirahət üçün gəlməmişik. “Sportinq”lə oyunda təcrübəsizlik və ehtiyat qüvvənin çatışmazlığı ucbatından xallar itirdik.

- Bakıya 3 saatlıq səfərdən sonra futbolçuların fiziki durumu nə yerdədir və komandanı psixoloji cəhətdən oyuna necə hazırlayacaqsınız?

- Düzdür, təyyarə ilə 3 saat uçduq, amma ölkənin coğrafi mövqeyi elədir ki, başqa seçim imkanımız yoxdur. Sağ olsunlar, bizi hava limanında qarşıladılar və vaxtında otelə çatdıq. Düşünürəm ki, istirahət üçün vaxtımız olacaq.

- 3 gün öncə ölkə çempionatında “Dinamo” ilə çətin matça çıxmışdınız. Futbolçularda yorğunluq varmı?

- Təbii ki, çempionatımızın liderlərindən biri ilə oyunda xeyli güc sərf etdik. Məşqçi və tibbi personalın vəzifəsi futbolçuları qarşıdakı matça yaxşı hazırlamaqdır. “Qarabağ”la görüşdən sonra da çətin matçlarımız olacaq. Hər oyuna fiziki baxımdan güclü çıxmaq istərdik. Amma bu, mümkün deyil. Yüksək səviyyəli turnirdə “Qarabağ” kimi komanda ilə oynamaq bizə əlavə güc verir. Rəqibin gücünə hörmətlə yanaşırıq, amma onlardan çəkinmirik.

- Geqam Kadimyan zədəli olmasaydı, bura gətirəcəkdinizmi və iki həftə sonrakı matçda onu oynadacaqsınızmı?

- Hazırda o, zədəlidir. Sağlam olsaydı, durumuna baxacaqdıq. Zədəli olduğu üçün də gətirə bilmədik. Həm ona, həm də digər zədəlilərimizə görə üzülürəm. Gələn görüşə hazır olub-olmayacağı bilinmir. Tibbi personal hər bir oyunçunun tez sağalması üçün əlindən gələni edir.

- Andrey Şevçenko “Vorskla”nın bir çox matçlarını tribunadan izləyib. Sabahkı qarşılaşmaya gələcəkmi?

- Onun planı barədə məlumatım yoxdur. Yığmanın baş məşqçisidir, bütün klublarla ünsiyyətdədir. Gənc olsa da, yüksək hədəfləri olan məşqçidir. Bizim Londondakı oyunumuza getmişdi. Ancaq onun sabahkı görüşə gəlib-gəlməyəcəyini deyə bilmərəm. Gəlməsə də, əminəm ki, televiziyadan yüz faiz izləyəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail