Son turun rəmzi komandası - Premyer Liqamız

25.10.2018 | 3147 dəfə oxunub

Premyer Liqada VIII turun rəmzi komandası açıqlanıb.  Stadium.az PFL-in saytına istinadən yaydığı xəbərə görə, “İnstat sport”un təhlilinə əsasən, “11-lik”də "Sabah"dan 5, "Qarabağ" və "Qəbələ"dən 2, "Keşlə" və "Sumqayıt"dan isə 1 futbolçu yer alıb. 

5 qolla "Sabah"ın və Premyer Liqanın bombardiri olan Marko Deviç bu mövsüm 4-cü, "Qəbələ"dən Ceyms Adeniyi və "Sumqayıt"dan Şəhriyar Əliyev 3-cü dəfə rəmzi komandaya düşüb. Bundan başqa, "Qarabağ"ın futbolçuları Abdullah Zubir və Mahir Mədətov, "Sabah"ın müdafiəçiləri Vanderson Silva və Novruz Məmmədov 2, Kamran Ağayev ("Keşlə"), Miloş Bosançiç və Filip İvanoviç (hər ikisi "Sabah") isə ilk dəfə rəmzi yığmada yer alıb.

Qapıçı: Kamran Ağayev ("Keşlə") Müdafiəçilər: Vanderson Silva ("Sabah"), Şəhriyar Əliyev (3) ("Sumqayıt"), Filip İvanoviç ("Sabah"), Novruz Məmmədov (2) ("Sabah") Yarımmüdafiəçilər: Abdullah Zubir (2) ("Qarabağ"), Ceyms Adeniyi (3) ("Qəbələ"), Miloş Bosançiç ("Sabah"), Mahir Mədətov (2) ("Qarabağ") Hücumçular: Marko Deviç (4) ("Sabah"), Stiven Monroz ("Qəbələ")



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail