"Qarabağ"ın səviyyəsi çox yüksəkdir" - "Vorskla"nın baş məşqçisi

25.10.2018 | 4204 dəfə oxunub

Hələ oyundan əvvəl demişdim ki, “Qarabağ” güclü komandadır. İndi də bunu təsdiqləyirəm ki, “Qarabağ”ın səviyyəsi çox yüksəkdi”.

Bu sözləri “Vorskla”nın baş məşqçisi Vasili Saçko Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda Bakıda "Qarabağ"a qalib gəldikləri (1:0) oyundan sonra keçirilən mətbuat konfransında deyib.

- “Vorskla” həmişə belə çıxış edir, yoxsa bu gün oyununuz alınmadı?

- Oyunun keyfiyyəti üzərində işləməliyik. Bizim hücumçularımız texniki baxımdan rəqibdən geri qalmırdı. İlk hissədə oyunumuz yaxşı alınmırdı. Hər şey istədiyimiz kimi alınmadı. Amma şansımızı gözlədik və qol vurduq. Artıq ikinci hissədə sürətli əks-hücumlar edirdik. “Qarabağ”ın da qol imkanı oldu. Komandama görə şadam. Bura istirahət etməyə gəlməmişdik. “Sportinq”lə görüşü yüksək səviyyədə keçirdik. Cəmi 3 dəqiqə zəif oynadıq və məğlub olduq. Poltavadan bura gəlib bizi dəstəkləyən azarkeşlərə təşəkkür edirəm. “Qarabağ”a da arzulayıram ki, bunu unudub, qarşıdakı oyunlara yaxşı hazırlaşsın.

- “Sportinq”ə əlavə dəqiqələrdə qollar buraxaraq uduzdunuz. Bu gün də eyni durumla üzləşəcəyinizdən narahat deyildiniz? Yoxsa “Qarabağ”da bu gücü görmürdünüz?

- “Sportinq” çox güclü komandadır. “Qarabağ” da həmçinin güclüdür və bunu neçə ildi göstərir. Bu komandaları müqayisə etmək istəməzdim. Hərəsinin özünəməxsus futbolçuları var. Bu gün 18 yaşlı oyunçuya şans verdim. Heyətdə eksperiment apararaq, risk etdim. Oyun baxımından komandamdan daha yaxşısını gözləyirdim.

- Bugünkü qələbədən sonra qrupda daha çox xal toplamaq şansınız necədi?

- Qarşıdakı oyunlarda da xal toplamağa çalışacağıq. Bizim həm avrokubok, həm ölkə kuboku, həm də çempionatda çətin oyunlarımız olur. Uğur qazanmaq üçün yaxşı ehtiyat oyunçulara ehtiyac var. Yalan danışmayım, o qədər də çox yaxşı oyunçumuz yoxdur. Bununla belə, komandanı maksimum dərəcədə hazırlaşdıracam. Son olaraq, qonaqpərvərliyə görə təşəkkür edirəm. Bakını bu qədər gözəl təsəvvür etmirdim. “Qarabağ”a qarşıdakı oyunlarda uğurlar arzulayıram. Təkcə “Vorskla” ilə görüşdə yox.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail