"Futbolçularımın yanındayam" - Qurban Qurbanov
Biz də sizin kimi üzgünük. Qalib gəlməyi çox istəyirdik. Amma bizim üçün asan olmadı”.
Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda Bakıda “Vorskla”ya uduzduqları (0:1) oyundan sonra keçirdiyi mətbuat konfransında deyib.
- Rəqib müdafiədə çox diqqətli oynadı. Buna baxmayaraq, xeyli sayda qol epizodlarımız oldu. Qapımıza gedən bir zərbə qolla nəticələndi. Belə oyunlarda futbolçular meydançada daha çox düşünməlidilər. Çalışmalıydıq ki, hücumlarımızı düzgün quraq. Oyunun gedişində də bunlar görünürdü. Rəqibin belə müdafiə olunduğunu bilirdik. Bəzi hücumlarımız alınırdı. Biz qol şanslarından istifadə edə bilmədik, rəqib bir vəziyyət yaratdı və yararlandı. Futbolçuların üzərinə getməyə dəyməz. Nə qədər çətin olsa da, bu oyunu unudub, qarşıdakı görüşlərə hazırlaşmalıyıq. Çünki təqvimimiz sıxdır.
- Real vəziyyət yaratsanız da, həlledici zərbəni vurmaq mümkün olmur. Ola bilərmi ki, sırf gərgin qrafikin təsiridir?
- Fərqli fikirlər söyləmək olar. Futbolçularda istər-istəməz gərginlik, yorğunluq var. 3-4 gündən bir oyun keçirmək asan deyil. Bəlkə ustalıq səviyyəsi bəzi anlarda çatmır ki, son nöqtəni qoyaq. “Atletiko”nun dünənki matçına baxdım. Hesab oyuna görə deyildi. İspanların nə qədər imkanları oldu, istifadə edə bilmədilər. Həmin komanda ötən il Avropa Liqasının qalibi olub. Futbolçulara həmişə demişəm ki, daha istəkli olmalı, öz üzərimizdə çalışmalıyıq. Hər il müşahidə edirik ki, klublar yaxşı oynayır, nəticəsi olmur. “Qara zolağa” düşür deyə də bilmərik. Sadəcə, işlərini elə qururlar ki, bunlara hazır olurlar. Bizim futbolçularımız da daha çox çalışmalıdılar.
- Buraxılan qolda qapıçının, yoxsa müdafiə xəttinin səhvi çox idi?
- Qapıçını deyərdim. 30 metrlik məsafə olardı. Qapıçı bu topu tutmalı idi. İkinci hissədə əks-hücumda bizi tutsalar da, futbolçular imkan vermirdilər. Nə qədər diqqətli olsan da, rəqib 1-2 qol epizodu yaratmağa imkan tapır. Belədə də qapıçı daha çox diqqətli olmalı idi. Qol isə qapıçının səhvi idi. Amma belə səhvi ilk dəfə görmürdük.
- “Qarabağ” son illərin ən zəif avrokubok mövsümünü keçirir. Sanki “onurğa sütunu” da zəifləyib. Yay transferləri də zəif təsir bağışlayır. Razısız ki, komanda ötən illərlə müqayisədə oyun planında geriləyib?
- Onları nə qədər müdafiə etsəm də, nəticəyə görə, daha çox xoş sözlər deyə bilmərik. Amma, xüsusən də, milli üzvləri çox yorulurlar. 3 fərqli turnirdə iştirak edirlər. Heç də pis mövsüm keçirmirlər. Qara və Maksimin oyun sayı kifayət qədərdir. Bu, onların həm fiziki, həm də psixoloji hazırlıqlarının yüksək səviyyədə olmasını göstərir. Belə oyunlarda müdafiəçilərin səhvləri daha çox gözə çarpır. Amma onları qınaya bilmərəm. Desəm ki, az məşq edirik, qətiyyən belə deyil. Futbol dəyişilir. Məşqimiz olmadıqda belə, teoriyalarımız, toplanışlarımız olur, rəqibin oyununu analiz edirik. Məğlub ola bilərik. Futbol elə peşədi ki, həvəsdən düşmək olmaz. Bizdən böyük klublar, futbolçular da uğursuzluq zolağına düşüb, sonra ordan çıxa biliblər. Düşünürəm ki, biz həmişə bir yerdə pis durumdan çıxmışıq. Futbolçularıma güvənirəm. Transferlərimizin oyunu bəzən alınır, bəzən alınmır. Yaratmaq istər-istəməz çətindir, nəinki dağıdıcı oyun göstərmək. Futbolçularımın yanındayam. Çalışmalıyıq ki, daha yaxşı kollektiv göstərək.
- Halldorssonu dekabra qədər meydanda görəcəyik?
- Bu günə qədər görmüsünüz. Qapıçı ən ağır mövqedir. Meydandakı 10 futbolçunu daim dəyişə bilirsən. Amma qapıçını dəyişmək əlavə itki deməkdir. Bu günə kimi bütün qapıçılara şans vermişik. Sabah Hannesi də, Şahruddini də qapıda görə bilərsiniz. Sadəcə, bu gün belə qərar vermişik
- Qoldan sonra Emeqaranın yerinə Mahir Mədətovu meydana buraxdınız. Mahiri müdafiəçinin yerinə oyuna qoşa bilməzdiniz?
- Hücumlarımız Donald və Maksim üzərində qurulmuşdu. Arxada təkcə Rəşad və Kuba, onların da önündə Qara qalırdı. Qalanları hücuma çıxmışdı. Rəqibin oyununa görə belə futbola üstünlük vermişdik.
- Əvəzetmələr ümidlərinizi doğrultdumu?
- Nəticə dəyişməyibsə, deməli, özlərini doğrultmayıblar. Amma qol epizodlarına baxsaq, heç də pis çıxış etmədilər. Sanki 3-5 metrdən top qapıdan keçmədi. Hər bir futbolçuya güvənirəm. Sonradan meydana girənlər özlərini yaxşı tərəfdən göstərməyə çalışdılar. Hər birindən razı qaldım.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |