Maksim Medvedev: "Oyunçuların üzərində təzyiq var"

26.10.2018 | 4351 dəfə oxunub

"Qarabağ”ın futbolçusu Maksim Medvedev Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda öz meydanında “Vorskla”ya 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

- Bu oyun bizim üçün heç də asan olmadı. Ukrayna futboluna bələdik. Fiziki və atletik bir oyun sərgiləyirlər. Sadəcə yaxşı nəticə qazanmağa çalışdıq, lakin alınmadı. Hücumlarımızdan istifadə edə bilmədik. Qol imkanlarımız da oldu. Rəqib bir dəfə əks hücuma çıxdı və öz şansından istifadə edərək bizə qalib gəldi. Görüşün gedişatında çoxlu səhv etdik. Matçı analiz edib, həmin səhvləri təkrarlamamalıyıq. Növbəti oyunlara hazırlaşmalıyıq.

- Sanki komandada bir az psixoloji gərginlik var idi.

- İlk növbədə onu demək istəyirəm ki, "Qarabağ"ın heyətində milli komandalarda çıxış edən futbolçular var. Biz yığmadan dönmüşük və bir az yorğunuq. Amma komandada legionerlər də var. Baş məşqçimiz də bu gün fərqli start heyəti meydana buraxdı. Qıraqdan bəzi şeylər başqa cür görünə bilər. Oyuna yaxşı hazırlaşmışdıq və motivasiyamız da yüksək idi. Sadəcə bugünkü matçda son nöqtəni qoya bilmədik.

- Rəqibin bu cür müdafiə olunacağını gözləyirdiniz?

- Oyunun statistikasına baxsaq, bəlkə də topla oynama 65-in 35-ə bizim xeyrimizə olardı. Komandada psixoloji problem olsaydı, bunu edə bilməzdik. Sadəcə son məqamda, son nöqtəni qoya bilmədik.

- Son nöqtəni qoymaq üçün futbolçularda təcrübə çatmadı?

- Hər oyun belə problemlərlə rastlaşırıq. Komandada soyuqqanlılıq da çatmadı. Hansısa futbolçu oyunu öhdəliyinə götürsün və hər şeyi etsin. Bunu edə bilmirik.

- Komanda qol vurmaqda çətinlik çəkir. Bunu necə dəyərləndirirsiniz?

- Mən deyə bilmərəm ki, hücumda kimsə qol vura bilmir. Ukrayna komandasının bir şansı oldu və qol vurdu. Biz isə 6-7 şans yaratdıq, amma qapıya normal zərbə endirə bilmədik. Ola bilər ki, hansısa məqamda ustalıq çatmır, bəlkə də tələsirik. Futbolçuların üzərində təzyiq var. Ona görə oyunları istədikləri kimi alınmır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail