Prezident İlham Əliyevin "İdman ili" ilə bağlı sərəncamı

17.01.2012 | 8131 dəfə oxunub

Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2012-ci ilin "İdman ili" elan edilməsi haqqında sərəncam imzalayıb. Stadium.az Azərbaycan Respublikasında 2012-ci ilin “İdman ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını diqqətinizə çatdırır:

Azərbaycan Respublikasında idmanın inkişafı ildən-ilə geniş vüsət alır. Müstəqilliyimizi əldə etdiyimiz vaxtdan bu günə qədər Azərbaycan idmançılarının müxtəlif səviyyəli beynəlxalq yarışlarda beş mindən artıq medala layiq görülməsi bunun əyani sübutudur, Olimpiya oyunlarında qazanılan 4 qızıl, 3 gümüş və 9 bürünc medal isə böyük tarixi nailiyyətdir.
İdman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, tikilmiş müasir Olimpiya kompleksləri və digər tədbirlər nəticəsində ölkəmiz mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilmişdir. Bakı şəhərində bədii gimnastika, güləş və boks üzrə dünya çempionatlarının, habelə bu il futbol üzrə qadınlar arasında dünya çempionatının keçirilməsi, paytaxtımızın 2020-ci ilin Yay Olimpiya Oyunlarına ev sahibliyi üçün namizədliyinin irəli sürülməsi bunu bir daha təsdiq edir.
Ölkəmizdə idmanın inkişaf etdirilməsi, Olimpiya hərəkatının genişləndirilməsi, gənclərin müntəzəm şəkildə idmana cəlb olunması, əhalinin bütün təbəqələri arasında sağlam həyat tərzinin formalaşdırılması, yeni idman və Olimpiya komplekslərinin tikilməsi zərurəti, eləcə də idmançılarımızın London olimpiadasında, dünya və Avropa çempionatlarında, rəsmi beynəlxalq yarışlarda yüksək göstəricilərinin təmin edilməsi məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2012-ci il Azərbaycan Respublikasında “İdman ili” elan edilsin.
2. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə birlikdə 2012-ci ilin Azərbaycan Respublikasında “İdman ili” elan edilməsinə dair tədbirlər planını hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 yanvar 2012-ci il.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

10.12.2019

15:39  "Traktor"da növbəti istefa - "Önümüzü kəsirlər"

12:41  "Qarabağ" - "Düdelanj görüşü - mətbuat konfranslarının vaxtları açıqlandı

09.12.2019

11:32  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

08.12.2019

16:28  "Sabah" - "Neftçi" - HEYƏTLƏR

14:31  "Sumqayıt" - "Qəbələ" - HEYƏTLƏR

14:30  "Zirə" - "Səbail" - HEYƏTLƏR

13:12  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

11:59  Beqoviçlə bağlı yeni iddia - digər Premyer Liqa klubuna keçir?

07.12.2019

23:14  "Montpelie" - PSJ - 1:3 VİDEO

19:15  "Real" - "Espanyol" - 2:0 VİDEO

12:31  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

08:13  "Qarabağ" - "Keşlə" - FOTOLENT

06.12.2019

20:54  "Qarabağ" yenə xal itirdi - YENİLƏNİB

18:46  "Qarabağ" - "Keşlə" -HEYƏTLƏR

   
  O Q H M T-f X
1. Qarabağ 14 9 4 1 24-7 30  
2. Keşlə 14 6 5 2 18-12 23  
3. Neftçi 13 6 4 3 20-11 22  
4. Sumqayıt 13 5 2 6 17-19 17  
5. Zirə 13 3 5 5 14-21 14  
6. Sabah 13 3 4 6 14-16 13  
7. Səbail 13 3 3 7 9-20 12  
8. Qəbələ 13 3 3 7 13-23 12  
08.12Sabah ---Neftçi
08.12Zirə ---Səbail
08.12Sumqayıt ---Qəbələ
06.12Qarabağ 2-2Keşlə
01.02Zirə -Sabah
01.02Neftçi -Sumqayıt
02.02Səbail -Qarabağ
02.02Qəbələ -Keşlə