"Komandanı niyə "sınıdırırlar"?" - Nazim Süleymanov

27.10.2018 | 3699 dəfə oxunub

 Premyer Liqada IX turun “Sumqayıt” – “Qəbələ” (2:2) oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Nazim Süleymanob jurnalistlərin suallarını cavablandırıb. O, əvvəlcə görüş barədə fikirlərini bildirib...

- Oyunun maraqlı keçəcəyini gözləyirdik. Belə də oldu. Matçın əvvəlində hesabda üstün idik. Oyuna nəzarət də bizdə idi. Hər şey yaxşı gedirdi. Futbol səhv oyunudu. Nəinki futbolçular, hətta bəzən azarkeşlərə görə də klubu cəzalandırırlar. Hərdən hakim də böyük rol oynayır. Buraxdığımız ilk qoldan əvvəlki epizodda penaltimiz verilmədi. Həmin anda penalti verilsəydi, hesab 3:0 olacaqdı. Komandanı niyə “sındırırlar”? Demirik ki, bizə kömək etsinlər. Bizim də səhvlərimiz oldu. Həm uda, həm də uduza bilərdik. Futbolda belə şeylər olur. İrəli baxmaq lazımdı. Sadəcə, xallar komandadan gedir ki, buna təəssüflənirəm. Futbolçular öz güclərini meydanda qoyurlar, bir fiti səsləndirməməklə xallar gedir.

- Mehdi Cənnətov hər iki qolda səhv etdi. Onun oyununu necə dəyərləndirirsiz?

- Kim meydanda olacaqsa, o, səhv edəcək. Göz önündə olan səhvlər görünür. Təhlil edib, bir daha baxacağıq.

- Atilla Yıldırıma qarşı səbr kasanız nə vaxt daşacaq?

- Elə Atillanı vurdular. Atilla oynayır, sadəcə, qol yoxdu. Hər şeyi zamana buraxaq. Qapıya zərbələr üzərində işləmək lazımdı. Qol fürsəti olsun ki, qol vura bilsin.

- İki qol imkanından düzgün yararlana bilmədi…

- İlk hissədə aldadıb zərbə vurdu, top dirəyin yanından keçdi. İrəlidə top saxlaya bilir. Bunlar üstünlükdü. Əlbəttə, biz hücumçunun qol vurmasını istərdik.

- İkinci hissənin əvvəllərində oyun getmirdi, amma dəyişiklik etmədiniz. Məsələn, Əfranı çıxara bilərdiz. Bunun səbəbi nə idi?

- Əfrana top gələndə hər zaman hiss edirsən ki, qol epizodu yarada bilər.

- Rəqib meydanda azlıqda qalanda hücuma keçmirdiz. Güc qalmamışdı?

- Komandanı hücumda görmürdüz? Futbolda azlıqda oynayanda əks-hücumla qol da vura bilərsən. Qvanzavı ona görə meydana buraxdıq ki, irəli çıxsın.

- Qələbə istəyi olan komanda 3-cü əvəzetməni bu qədər gec etməzdi…

- Hər bir futbolçuya şans veririk. Əlimizdə olan oyunçulardan istifadə edirik.

- Ötən oyundan sonra Vurğun Hüseynovun cəzalanacağını demişdiz. Kapitan haqda ictimaiyyətə belə açıqlama vermək nə dərəcədə doğrudu?

- Nə cəza olacağını bilirsiz? Kim olur-olsun, səhv edən cəzasını almalıdı. Bu, klubun daxili işidi. Baş məşqçi də, kapitan da cəzalana bilər. Əlbəttə, cəzalanacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail