"Erkən qol planlarımızı pozdu" - Tərlan Əhmədov

03.11.2018 | 3394 dəfə oxunub

"Qarabağ"la matçdan 72 saat keçməmiş yenidən oyuna çıxdıq. Dünya praktikasına belədir ki, futbolçu 72 saat istirahət etməlidir. Ancaq bizdə vaxt az oldu. Buna baxmayaraq, komandadan istədiyim futbolu gördüm. Hücumda problemlərimiz var. Erkən qol planlarımza təsir etdi. Bilirdik ki, "Neftçi" müdafiə futbolu oynayacaq. Hücum etməyi, rəqibi təzyiq altında saxlamağı tapşırmışdım. Məğlubiyyətə baxmayaraq, oyundan razı qaldım. Qış fasiləsinədək 4 tur var. Getdikcə daha maraqlı futbol oynayan "Keşlə" görəcəksiniz”.

Bu sözləri Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 10-cu turunda "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra keçrilən mətbuat konfransında deyib. O, rəqibin sabiq klubu “Neftçi” olmasının oyunlarına təsir edib-etmədiyi ilə bağlı sualı belə cavablandırıb: "Bu, artıq keçmişdə qalıb. AZAL-da, “Xəzər Lənkəran”da da işləmişəm. Peşəkar fəaliyyətdə hər il dəyişiklik ola bilər. Bunlardan mənim işimə problem yaradacaq nəsə yoxdur. Keçmişlə yaşamıram". T.Əhmədov bildirib ki, komandasının çempionatını 3-cü pillədə başa vurmağını bacarıb-bacarmayacağı görəcəkləri işdən asılıdır: "Bu, kollektiv işdir. Hər halda, burda hamı uğur üçün çalışır. Oyunumuzda da fərq var. Addım-addım işimizi görməyə başlayırıq. "Keşlə"də olduğum bu qısa müddətdə əsas görəcəyim iş sırf taktiki, psixoloji hazırlıqla bağlı idi. Çalışacağıq ki, komandanı daha yuxarı aparaq". O, istirahət üçün az vaxtın olması bağlı harasa müraciət etmədiklərini vurğulayıb: " Əvvəldən məlum idi ki, bu gün oynayacağıq. İstəyirdik, bəlkə bir gün sonraya keçirək. Ümumiyyətlə, dünya futbolunda 72 saat istirahət var. Bunu əlimizdə bayraq etmirik. Sadəcə rəqib 1 həftə, biz 2 gün dincəlmişdik. Xüsusi qabartmağa ehtiyac yoxdur".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail