Halldorsson: "Yenə "Qarabağ"a gələrdim"

03.11.2018 | 3357 dəfə oxunub

"Qarabağ”ın qapıçısı Hannes Halldorsson Premyer Liqanın 10-cu turunda Tofiq Bəhramov adına Respublika stadionunda “Sumqayıt”a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Stadium.az xəbər verir ki, o, ilk olaraq matç haqda fikirlərini bildirib:

- Sanballı, yaxşı oyun göstərdik. Baxmayaraq ki, rəqib bizi daim gərginlikdə saxlayırdı. Ancaq topa nəzarət etməyə çalışdıq. Diqqətimiz oyundan yayınmadı və iki yaxşı qol vurduq. Rəqib qapıçı da bu gün yüksək səviyyədə çıxış etdi. Yaxşı qurtarışlar etdi.

- Dünya çempionatında Messinin penaltisini qaytarmaqla diqqət çəkdiniz, ardınca “Qarabağ”a transfer oldunuz. Ancaq burda heyətə düşməkdə çətinlik çəkirsiniz. Bir müddət əvvəl isə avtomobil qəzasına düşmüsünüz. Azərbaycana gəldiyinizə görə peşman deyilsiniz?

- Yenidən seçim imkanım olsaydı, yenə “Qarabağ”a gələrdim. Peşmanlıqdan söhbət gedə bilməz. Son həftələrdə oynamamağım məyusluğa səbəb ola bilər, amma məşqlərdə çox çalışdım və bu gün start heyətdə yer aldım. Qələbə qazandığımıza görə xoşbəxtəm.

- Qarşıdan “Vorskla” ilə oyun gəlir...

- Qələbə istəyi ilə gedirik. Düşünürəm ki, orda daha yaxşı oyun göstərə bilərik. Buna fokuslanmışıq. Səfərdə 3 xal qazana biləcək gücdəyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail