Sənan Qurbanov: "Vacib olan 3 xalı qazandıq"

04.11.2018 | 3056 dəfə oxunub

Bu oyuna qələbə üçün çıxmışdıq. 3 xal çox vacib idi. Orta sahə oyunçularına pressinqlə topu rəqibdən almaq və hücumları başlamaq tapşırığı verilmişdi. Bu, matçın ilk yarısında alındı".

Bu sözləri Premyer Liqanın X turunun “Qəbələ” – “Sabah” oyunundan (2:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Sənan Qurbanov mətbuat konfransında deyib. 38 yaşlı mütəxəssis vacib 3 xal qazandıqlarını bildirib: “Qol imkanları yaratdıq, ikisindən istifadə etdik. Hətta oyunun taleyini də həll edə bilərdik. Fasilədən sonra oyun rəqibin üstünlüyü şəraitində keçdi. İkinci hissədən narazı qaldım. Qarşılaşmanı təhlil edəcəyik. Çalışacağıq ki, belə səhvləri təkrarlamayaq. Vacib olan 3 xalı qazandıq. Futbolçularımızı təbrik edirəm. Uğursuz oyunlardan sonra heyətə dəyişikliklər etməliydik. Aqil Məmmədovla Ceyms Adeniyi məşqlərdə özlərini yaxşı tərəfdən göstərdilər. Aqil çox istəklidir, Ceymsdə adaptasiya prosesi uzun çəkdi. Artıq komandaya tam uyğunlaşıb. Oyunumuzu daha da yaxşılaşdırmağa çalışacağıq. Komandada rəqabət olmasını istəyirik. Bütün futbolçulara şans verməyə çalışırıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail