"Şüur altı özlərini "Qarabağ"la çətin oyuna hazırlayırdılar" - Vasili Saçko

05.11.2018 | 3323 dəfə oxunub

Matçdan öncə uşaqlarla danışdıq ki, ilk dəqiqələrdən aqressiv oynamalı, erkən qol vurmağa çalışmalıyıq. Buna müvəffəq olduq. İlk hissədə çox yaxşı oynadıq, bütün tapşırıqlar yerinə yetirildi. Futbolçularımız oyuna çox ciddi yanaşdılar, ilk dəqiqələrdən yaxşı əhval-ruhiyyədə olduqları görünürdü. Komanda paltardəyişmə otağından enerjili çıxdı. Topa nəzarət etdik, çoxlu qol epizodları yaratdıq. Daha çox qol vura bilərdik”. 

Bu sözləri “Vorskla”nın baş məşqçisi Vasili Saçko Premyer Liqanın 12-ci turunda səfərdə “Lvov” üzərində 2:0 hesabı ilə qələbə qazandıqları oyundan sonra təşkil olunan mətbuat konfransında deyib. Qələbəni şərh edən mütəxəssis Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Qarabağ”la keçirəcəkləri ev oyununa da toxunub: "Fasilədə uşaqlardan tempi aşağı salmamağı xahiş etdik. Onlara söylədik ki, rəqibin qol fürsəti yaxalamasına imkan verməyək. Ancaq alınmadı, biz səhv buraxdıq, meydan sahibləri də bundan istifadə edib, bir neçə qol epizodu yaratdı. Qapıçı bizi xilas etdi, ona “sağ ol” deyirəm. Halbuki daha intizamlı oynaya bilərdik. Düşünürəm ki, bəzi futbolçularımız şüur altında özlərini “Qarabağ”la həftənin dördüncü günü keçiriləcək çətin oyuna hazırlayırdılar. Bu qələbəyə görə şadam və bütün azarkeşlərimizi, komanda üzvlərini təbrik edirəm. Nəticə qazanmaqla yanaşı, həmdə yaxşı oyun göstərdik”.

V. Saçko bu cür qələbələrdən sonra qarşıdakı oyunlara hazırlaşmağın daha asan olduğunu düşünür: “Bu emosiya “Qarabağ”la oyuna da bəs edər. Qələbə qazandıqdan sonra bərpa olmaq və qarşıdakı oyuna hazırlaşmaq daha asandır. İndi əsas işimiz futbolçuları qarşıdakı oyuna daha emosional hazırlamaqdır. Burada həkimlərimizin də üzərinə iş düşür”.

Noyabrın 8-də Poltavada keçiriləcək “Vorskla” – “Qarabağ” oyunu Bakı vaxtı ilə 00:00-da başlayacaq. Bu komandalar arasında Bakıda keçirilən matçda Ağdam klubu rəqibinə minimal hesabla uduzmuşdu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail