Bəxtiyar Soltanov Premyer Liqada 903 gündən sonra qol vurdu

05.11.2018 | 6128 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 10-cu turu “Sabah”ın futbolçusu Bəxtiyar Soltanov üçün əlamətdar olub.

Stadium.Az PFL-ə istinadən xəbər verir ki, klubunda 6-cı çempionat matçına çıxan 29 yaşlı yarımmüdafiəçi paytaxt təmsilçisinin heyətində qol hesabını açıb.

Bu, “Qəbələ” ilə səfərdəki görüşə (1:2) təsadüf edib. O, 159-cu matçında 20-ci dəfə rəqib qapısına yol tapıb. İlk qolunu 2008/09 mövsümündə “Bakı”nın heyətində vuran Soltanov ümumilikdə 5 klubun heyətində fərqlənib. O, paytaxtın eyniadlı təmsilçisində 10, “Kəpəz”də 6, “Qəbələ”də 2, “Qarabağ” və “Sabah”da 1 dəfə rəqib qapısına yol tapıb.

Bəxtiyar Premyer Liqada son qoluna iki il yarım əvvəl imza atmışdı. Bu, yarımmüdafiəçinin “Kəpəz”də çıxış etdiyi 2015/16 mövsümünə təsadüf edib. O, 903 gün əvvəl - 2016-cı il mayın 15-də “Zirə”ylə səfər qarşılaşmasında (2:2) fərqlənib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail