"Məqsədimiz hər oyun qələbə qazanmaqdı" - Vasili Saçko

07.11.2018 | 4315 dəfə oxunub

Bizim üçün sabah çox ciddi oyun olacaq. Bu görüşü çoxdan gözləyirdik”.

Bu sözləri “Vorskla”nın baş məşqçisi Vasili Saçko deyib. Ukrayna təmsilçisi Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah Azərbaycan çempionu “Qarabağ”ı qəbul edəcək. Oyunöncəsi mətbuat konfransında 43 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

- İlk görüşdəki mübarizəni nəzərə alsaq, sabah yenə müdafiə futbolu oynayacaqsız, yoxsa fərqli “Vorskla” görəcəyik?

- Bizim özümüzə görə taktikamız var. Necə lazımdısa, o cür də çıxış edəcəyik. “Qarabağ” çox güclü komandadı. Amma 12-ci oyunçumuz olan azarkeşlərin də dəstəyi ilə qələbə qazanmağa çalışacağıq.

- Bukmeker kontoruna nəzər yetirsək, hər kəs “Vorskla”dan qələbə gözləyir...

- Bukmeker kontorunda nə yazılması məni maraqlandırmır. “Qarabağ” güclü komandadı. Biz də meydana qələbə üçün çıxacağıq.

- Bakıda meydana çıxmayan futbolçulardan hansınısa sabah start heyətində görə bilərikmi?

- Zədəsi olmayan futbolçular komanda ilə hazırlaşırlar. Hamısına güvənirəm, kimin iştirak edəcəyinə isə sabah aydınlıq gətirəcəyik.

- Azərbaycana qələbə dalınca getdiyinizi bildirmişdiniz. Hədəfiniz yenə eynidi?

- Birinci il deyil ki, işləyirəm. Karyeramın çox da yaxşı olduğunu deyə bilmərəm, hər zaman işlər istədiyin kimi olmur. Sabahkı oyunla bağlı böyük söz demək istəmirəm. Ancaq pis əsgər odu ki, general olmaq istəmir. Müsbət nəticə üçün çıxış edəcəyik. İlk növbədə evdə, doğma azarkeşlər önündə oynayacağıq. Rəqibin baş məşqçisi də öz millisinə rəhbərlik edir. Güclü və ağıllı insandı. Futbolda hər şey mümkündü. Rəqib öz evindəki oyunda daha çox qol imkanları yaratmışdı. Bir qədər şansımızın gətirdiyini deyə bilərəm. Sabah isə uğurlu nəticə üçün hər şeyi edəcəyik.

- Böyük hədəfinizin olmadığını bildirmisiniz. Konkret məqsədiniz nədi?

- Avropa Liqasının qrupundan çıxmağı qarşımıza məqsəd qoyduğumuzu demirəm. Sabahkı matçdan sonra hər şey öz yerini tutacaq.

- Vaxtilə “Dnepr” “Qarabağ”ın qrupundan çıxaraq, Avropa Liqasının finalına qədər irəliləmişdi...

- Bəli, həmin oyunları xatırlayıram. “Dnepr” Bakıda qələbə qazanıb, evində uduzmuşdu. Bu gün çempionatımızda “Metallist”, “Dnepr” kimi komandalar çatmır. “Qarabağ”ın oyununu çoxdandı araşdırıram. Azərbaycanda futbol uzun müddətdi inkişafdadı və avrokuboklarda da uğurlu çıxış edirlər.

- İlk qələbənizi qrupun III turunda qazandınız. Qarşıda sizi nə gözləyir?

- Çox güclü müdafiəçilərimiz, hücumçularımız var. Məqsədimiz hər matçda qələbə qazanmaqdı. Hər oyunda təcrübə toplamaq olur. Bizim balanslaşdırılmış intizamlı komandamız var. Oyunçularımdan razıyam. İstənilən qələbə komandanı daha da gücləndirir. “Arsenal”la görüşdən sonra başa düşdük ki, istənilən rəqiblə mübarizə aparmaq olar. İşimizi təcrübəmizə uyğun qururuq. Bundan da yaxşı çıxış etmək istəyirik. Bakını çox sevdik. Poltava Ukraynanın ürəyidi. Sizin də Ukraynadan məmnun ayrılmağınızı istəyirik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail