"Sabah əlimizdən gələni edəcəyik" - "Vorskla"nın futbolçusu

07.11.2018 | 4355 dəfə oxunub

Bütün oyunları bacardığımız qədər uğurlu keçirməyə çalışırıq. Sabah da belə olacaq”

Bu sözlər “Vorskla”nın hücumçusu Yuri Kolomoyetsə məxsusdu. Ukrayna millisinin üzvü bugünkü mətbuat konfransında Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”la keçiriləcək qarşılaşma ilə bağlı fikirlərini bildirib. 28 yaşlı futbolçu məqsədlərinin qələbə qazanmaq olduğunu vurğulayıb: - Sabah səliqəli və gözəl oyun göstərəcəyik. Azərbaycandakı matçda hücumda yaxşı çıxış etməsək də, sabah fərqli olacaq.

- “Qarabağ”ın gücünü ilk matçda gördünüz. Sabahkı oyunda şansınızı necə dəyərləndirirsiniz?

- Şanslar yarı-yarıyadı. Bu, görüşə necə yanaşmağımızdan asılı olacaq. Fiziki hazırlıqdan da çox şey asılıdı. Məşqçilər korpusu rəqibi yaxşı təhlil edib, bizi lazımınca hazırlaşdırıb. Məşqçimiz rəqibin zəif və güclü tərəflərini sabah yenə deyəcək.

- Sizdən sabah qol və ya məhsuldar ötürmə gözləyə bilərikmi?

- İlk oyunda məhsuldar ötürmə verə bilərdim. Amma həmin epizodda top dirəyə dəydi. Qol vurmaq və assist etmək mənim işimdi. Sabah da bunun üçün çalışacam. İlk növbədə komandanın uğuru üçün çalışıram. Məqsədimiz qrupdan çıxmaq olacaq və bunun üçün çalışacağıq.

- Oyunlara özünüzü necə hazırlayırsınız?

- Hər bir oyuna maksimum köklənməyə çalışırıq. Xüsusən də, Avropa Liqası matçlarına. Poltavanı və Ukraynanı təmsil etdiyimizi başa düşürük. Bunlar ölkəmiz üçün vacib oyunlardı. Həmişə özümüzü ən yaxşı tərəfdən göstərməyə çalışırıq. Rəqibin hansı səviyyədə olmasının bir fərqi yoxdu. Sabah da əlimizdən gələni edəcəyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail