"Ehtiras, partlayış, mübarizə və ən sonda xoşbəxt sonluq". - Halldorsson

09.11.2018 | 4091 dəfə oxunub

"Çox çətin qarşılaşma oldu. Biz döyüşdük. Meydança donmuşdu, bunu özünüz də gördünüz. Düzdü, soyuq havada oynamaq mənim üçün çətin deyildi. Sadəcə, soyuq havada top sürətlə gəlirdi, bu, çətinlik yaradırdı. Biz hər dəqiqə mübarizə aparmaq məcburiyyətində idik. Komandamızla fəxr edirəm".

Bu sözləri "Qarabağ"ın qapıçısı Hannes Haldorsson Avropa Liqasının qrup mərhələsinin IV turunda səfərdə "Vorskla"ya qalib gəldikləri matçı dəyərləndirərkən deyib.  


İslandiyalı qapıçı öz oyunundan danışıb, qapısını toxunulmaz saxladığı üçün xoşbəxt olduğunu bildirib: "Oyununun nəticəsi bizim üçün yaxşı oldu. "Çərçivə qoruyucusu"nun əsas vəzifəsi qapısının toxunulmazlığını saxlamaqdır. Əgər qol buraxmamışıqsa, deməli, vəzifəmi yaxşı yerinə yetirmişəm. Bu məni xoşbəxt edir. Qapımızı toxunulmaz saxlamaqla yaxşı iş görmüş oldum. Bu, mənim üçün önəmli oyun oldu. Çünki Avropa Liqasının qrup mərhələsində ilk qarşılaşmam idi. Qələbə qazanmaq üçün əlindən gələni əsirgəməyən komanda yoldaşlarıma təşəkkür edirəm". 


Hannes, "Vaxtı ilə rejissor kimi çalışmısan. Bu oyun haqda film çəksən, hansı məqamı daha çox irəli çəkərsən?" - sualına belə cavab verib: "Ehtiras, partlayış, mübarizə və ən sonda xoşbəxt sonluq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail