Tərlan Əhmədov: "Qələbə çox vacib idi"
“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın XI turunda səfərdə “Sumqayıt”a 4:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.
Stadium.Az xəbər verir ki, 46 yaşlı mütəxəssis komandasının oyunundan razı qaldığını bildirib:
- Qələbə bizim üçün çox vacib idi. Çünki son pillələrdə qərarlaşmışıq. Bu oyuna həddindən artıq çox yaxşı hazırlaşmışdıq. Müdafiədə az səhvlər etdik. Kompakt komanda yaratmaq istəyirəm. Amma hələ ki, tam alınmır. Qələbə qazandığımıza görə şadam. Millinin oyunlarına görə yaranan fasilədən maksimum yararlanmağa çalışacağıq.
- Vaqif Cavadovun olmamasına səbəb nə idi?
- Vaqif xəstədir, hərarəti var. Ona görə də, bu gün yox idi.
- Amil Yunanov nə yemişdi ki, belə yaxşı oynadı?
- Yerli futbolçuların olmasına çox sevinirəm. Amillə söhbətim olub, potensialına bələdəm. Başa saldım ki, istəkli olmalı və daha da inkişaf etməlisən. Mən istədiyimin 50-60 faizini etməyi bacardı.
- Ebrima Sohnanın qışda komandadan göndəriləcəyi söylənilir. Bu məsələ doğrudur?
- Heç bir siyahım yoxdur. Bu haqda rəhbərliklə söhbətim olmayıb. Qışa qədər bu heyətlə davam edəcəyik. Ondan sonra heyətlə bağlı qərar verəcəyik. Qış fasiləsinə bir tur qalmış rəhbərliklə söhbət edəcəyik, qərarımızı verəcəyik.
- Sizdən əvvəl iki futbolçu "Keşlə"ni tərk edib - Pərdis Fərcad-Azad və Adrian Skarlatake. Onların yeri görsənir?
- Yox, əvəzolunmaz insan yoxdur, təkrarolunmaz var. Bu komandada kim varsa, öna hörmət edirik. Bizim o mövqedə futbolçularımız var. Bu gün hücumda Amil Yunanov oynayır, buna sevinirəm. Demək olar ki, gedənlərin yeri görünmür. Hücum xəttinə daha gənc futbolçu cəlb etmək istəyirəm.
- "Neftçi"də bir yerdə işlədiyiniz Bahodir Nasimovun durumu necədir?
- O, təcrübəli futbolçudur. Azərbaycanda da oynayıb. İndiyədək "Keşlə"də az oynayıb. 4 hücumçudan ən yaxşı kimdirsə, o da oynayacaq. Bu gün iki hücumçuyla oynadıq. Bahodirin durumu hələ ki özündən asılıdır.
- "Sumqayıt"la ilk dövrədəki oyunun xüsusi analizi olmuşdu?
- Bütün oyunları, komandanın funksional hazırlığını təhlil etmişdim. Bu, təkcə "Sumqayıt"la matç deyildi. Beş müdafiəçi ilə oynamağı sevmirəm. Ancaq rəqibə görə belə taktiki sxemi seçmişdim.
- Oyun gedə-gedə 4-cü hakimliklə dialoqunuz oldu. Əvvəldən tanışlığınız var?
- Bütün futbol ictimaiyyəti hamı bir-birinə tanışdır. "Sumqayıt"da qırmızı vərəqədən sonra qapıçı meydana girəndə, vaxt çox dayandı. Hər məşqçinin etirazı olur. Udanda da, uduzanda. Bu, təbiidir.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |