Nazim Süleymanov: "Məğlubiyyətlər səhətimdə problemlər yaradırdı"

13.11.2018 | 7863 dəfə oxunub

"Komanda 11 oyuna 5 qırmızı vərəqə aldı. Səhətimlə bağlı rəhbərliyə müraciət etdim. Məğlubiyyətlər və bu kimi hallar məni əsəbiləşdirir, səhhətimdə problemlər yaranırdı".

Stadium.Az xəbər verir ki, bunu "Report"a açıqlamasında "Sumqayıt" klubu ilə yollarını ayıran Nazim Süleymanov deyib. 53 yaşlı mütəxəssis "gənclik şəhəri" təmsilçisindəki fəaliyyəti dövründə futbolçuların çoxlu qırmızı vərəqə almalarına diqqət çəkib: 

"11 oyuna 5 qırmızı vərəqə aldıq. Bu qədər qırmızı vərəqə həddindən artıq çoxdur. Dözə bilmədiyim üçün rəhbərliyə müraciət etdim. Ayrı bir baş məşqçinin gəlməsi komanda üçün yaxşı olar. Ümidvaram ki, bu addımım komandaya xeyir verəcək".

Süleymanov komandanın futbolçuları ilə münasibətinin yaxşı olmaması ilə bağlı yayılan iddiaları təkzib edib: "Belə məlumatlar düzgün deyil. Çempionatın əvvəlində yaxşı çıxış edirdik. Necə oldu ki, qələbə qazananda yaxşı idi, uduzanda pis? Bütün xırdalıqları rəhbərliklə danışdım. Bu gün toplantı oldu. Özüm yaxınlaşıb dedim ki, səhhətimlə bağlı ayrılmaq istəyirəm. Bu, komandanın xeyrinə olacaq. Bir az istirahət etmək istəyirəm. Ondan sonra gələcək karyeramla bağlı qərar verəcəyəm". 

Qeyd edək ki, Nazim Süleymanov "Sumqayıt"a mövsümün əvvəlindən rəhbərlik edirdi. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail