"Daha aqressiv oynaya bilmədik" - Tərlan Əhmədov

24.11.2018 | 3648 dəfə oxunub

Premyer Liqada XII turunda “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov evdə “Qəbələ”yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.

 Stadium.az xəbər verir ki, 47 yaşlı mütəxəssis öncə oyunla bağlı danışıb:

 

- Qarşılıqlı hücumlarla keçən oyun gördük. Ötən oyunla müqayisədə dəyişikliklər etmişdik. Kamran və Diallo yığmadan zədəli qayıtmışdı. Giorgiadze məşqdə zədələnmişdi. İki səhvdən qol buradıq. Böyük hesabla uduza da bilərdik. Çünki rəqib bizi əks-hücularda yaxalayırdı. Məni ən çox narahat edən çox top buraxmağımız və az qol vurmağımızdı. Hücumda bacarmadıq, müdafiədə isə səhvlər etdik. Kamra Ağayevin olmaması, bəzi futbolçuların sonradan oyuna girməsi təsir etdi. Sonda 3-4-3 sisteminə keçmişdik. Daha aqressiv oynaya bilmədik. Bizi ağır oyunlar gözləyir. Hazırlaşmağa çalışacağıq.

 

- Kamranın zədəsi nə dərəcədə ciddidi? Mətbuatda xoşagəlməz söhbətlər dolaşır...
- Bilmirəm, nə yazırlar. Belə çıxır ki, Kamran yığmanı pis vəziyyətdə qoyub. Yaxşı, Farer adaları ilə oyunda əvəzləndi və komanda qələbə qazandı. Amma onda heç kim demədi ki, Kamran yoxdu. Həqiqət odu ki, ciddi zədəsi var. Əzələsində qan yığılıb. Bunu MRT göstərmir. Bu gün yığma tək Kamrandan asılıdısa, nədənsə danışmağa haqqımız yoxdu. Mətbuatda əvvəl yazılırdı ki, Səlahət daha yaxşı oynayır. İndi isə Kamranın üstünə yıxırlar ki, oynamadı, komanda uduzdu. Çalışırıq ki, növbəti oyuna hazırlayaq. Belə şayiələri buraxanlar gərək, utansın.

 

- Uzun müddət yığmada çıxış etmisiz. Son günlər yayılan “torba” söhbətləri barədə fikriniz nədi?
- Bir dəfə demişdim ki, oyun alqı-satqısı, “torba” sözünü işlədənlər deməli nə zamansa onunla məşğul olub. Heç zaman deyə bilmərəm ki, futbolçular bilərəkdən oynamayıblar. Heç vaxt insaları belə şeylərlə ittiham edə bilmərəm. Oyun necə satılır ki? Elə deyənlər gərək sübut etsinlər. Dəfələrlə demişəm ki, belə şeyləri danışanları özləri araşdırılmalıdı. İnanmıram ki, yığmada belə şeylər olsun. Kimsə 100 faiz bilirsə, bunu sübut etsin.

 

- “Keşlə”də cüzi, yoxsa ciddi dəyişikliklərə ehtiyac var?
- Əvvəl bir transfer pəncərəsi zamanı 20-30 futbolçu transfer etmək olurdu. İndi isə mövsüm üçün limit var. Mümkün deyil ki, bütün komandanı dəyişək, amma cüzi transferlər olacaq. Həm əcəbi, həm yerli futbolçu axtarışındayıq. Limitə görə oynatmağa yerli oyunçu tampmaq çətindi.

 

- Lazım gəlsə, klub olaraq Kamranın zədəli olduğu ilə bağlı həkimin imzaladığı sənədi göstərə biərsiz? Bu gün 90 dəqiqə ayaqüstə idi.
- Heç bir porblem yoxdu. Zədələr müxtəlifdi. Azər Salahlının ayağı gipsdədi, onun bazaya gəlməsinə də imkan vermirəm. Kamranda isə başqa cürdü. Zələsində qan yığılıb və bu kəskin hrəkət zamanı ciddi problem yarada bilər. Ona diqqətlə baxsaz, axsadığını görərsiz. O qədər düşüncəsizik ki, hazır ola-ola onu ehtiyatda saxlayaq? Davud çoxdan idi oynamırdı və biz məcburiyyətdən onu meydana buraxdıq. Millinin həkiminin açıqlaması söz-söhbətlərə səbəb olub. Onun özünü məhşər ayağına çəkmək lazımdı. Çünki Farer adaları ilə oyundan öncə Kamranın zədəsi ilə bağlı söhbət olub. Amma oynamasında problem olmayacağını deyib. Nəticə də belədi.

 

- Denis Silva Kruz sanki müdafiədə tək idi sanki. Müdafiədə dəyişiklik etmək barədə düşünmürsüz?
- Yeni futbolçularımız olsa, çoxdan dəyişikliklər edərdim. Futbolçu qıtlığı var. Azər Salahlı, Murad Qayalı, Ayite zədəlidi.

 

- Hansı mövqeləri gücləndirməyə daha çox ehtiyac var?
- Bütün mövqeləri. Amma daha çox orta xəttə futbolçu almaq istəyirik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail