"Onları yaxşı təhlil etmişdik"

24.11.2018 | 3582 dəfə oxunub

Premyer Liqanın XII turunun “Keşlə” - “Qəbələ” oyunundan (1:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Sənan Qurbanovun mətbuat konfransı keçirilib.

Stadium.az xəbər verir ki, 38 yaşlı mütəxəssisin qələbəni şərh edib:

 

“Oyuna çox ciddi hazırlaşmışdıq. Fasilə dövründə çatışmazlıqlar üzərində çalışmışdıq. Tərlan Əhmədovun gəlişindən sonra “Keşlə”də yüksəliş var. Rəqibi ciddi təhlil etmişdik. Məni sevindirən amil futbolçuların verilən tapşırıqları düzgün yerinə yetirməsidir. Az müdafiə olunub, hücumda daha çox vaxt keçirmək istəyirdik. Bunun üçün də rəqibin hücumlarının qarşısını almağı bacarmalı idik. Futbolçuları da, azarkeşlərimizi də təbrik edirəm. Oyunçuları matça düzgün kökləməyə çalışmışdıq. Bu gün daha fərqli qalib gələ bilərdik. Yenə qol imkanlarından yararlanmadıq. Bunu tələskənliklə izah edərdim. Oyun gərgin keçdi. Matçın sonlarında qol da buraxa bilərdik. Belə oyunda xal itirsəydik, çox üzülərdik. Sevinirik ki, qarşılaşmanı 3 xalla başa vurduq. Cəzalı duruma düşən Ceyms Adeniyi hazırda yaxşı formadadır. Lakin onu əvəz edə bilən futbolçularımız da var. Məşqlərdə özünü yaxşı tərəfdən göstərən oyunçuya növbəti matçda şans verəcəyik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail