Cəmşid Məhərrəmov: «…bu bizim üçün fiasko olar»

19.11.2010 | 4765 dəfə oxunub

«Bakı» sabah MOİK-i məğlub edəcək. Premyer Liqanın son turunda keçirilən «Bakı» - «Qarabağ» oyununda meydan sahiblərini kapitan sarğısı ilə meydana çıxaran Cəmşid Məhərrəmov bu fikirdədi. Məhərrəmov  saytımıza verdiyi açıqlama bildirdi ki, MOİK zəif komanda olmasa da, bu tur qələbə qazanacaqlarına inanır: «Kim deyir ki, MOİK zəif komandadı, yanılır. Onlarda futbol oynamağı bacaran yaxşı uşaqlar var. Özünüz baxın da, «İnter» MOİK-ə son dəqiqələrdə top vurdu. Turnir cədvəlində liderlərdən olan AZAL MOİK-i uda bilmədi. Özü də MOİK oyunun bir hissəsini azlıqda keçirdi. Bunlar onu göstərir ki, bu turku rəqibimiz zəif deyil. Amma qələbə qazanmağımıza inanıram. Son turlarda komanda yüksəlişdədi. Uşaqların oyunu alınır artıq. «Gəncə» və «Qarabağ»ı udduqdan sonra bu oyunda xal itirsək, onda bu bizim üçün fiasko olar». 

rn

 

rn

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail