"Penaltidən sonra həvəsdən düşdük" - Aftandil Hacıyev

25.11.2018 | 1293 dəfə oxunub

Səbail”in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın XII turunda “Neftçi”yə 0:2 hesabı ilə uduzduqları oyundan sonra fikirlərini bölüşüb.

Stadium.az xəbər verir ki, gənc mütəxəssis məğlubiyyəti şərh edib: - İlk hissədə sürətli oyunun şahidi olduq. Hər iki komanda aktiv idi. Ən azından 4-5 qol epizodu yaratdıq, ancaq ani səhvlərdən qol buraxdıq. İkinci hissədə daha aktiv olmalı idik. Lakin ikinci hissə başlayan kimi qapımıza penalti təyin olundu. Rəqib hesabı artırandan sonra futbolçularım həvəsdən düşdülər. Rəqibi təbrik edirəm.

- Hakim idarəçiliyi sizi razı saldı?

- Futbolçularımdan razı qaldım. Xeyli qol epizodumuz oldu. Hakimlər barədə isti-isti danışmaq istəmirəm. Rauf özü də penalti təyin etməkdə qərarsız qalmışdı. Hakimlər də, biz də oyunu təhlil edəcəyik

 - Yan xətt hakimi penalti epizodu zamanı baş hakim Rauf Cabbarovu dəfələrlə çağırsa da, buna məhəl qoymadı. Bu barədə nə demək istəyirsiniz?

  - Bu haqda mənə də məlumat verdilər. Olduqca diqqətli olmaq lazımdır. Çünki futbolçular meydanda əziyyət çəkirlər. Səhvlərdən qaçmaq olmur. İsti-isti danışmaq istəmirəm. Lakin səhvlər az olsa, daha yaxşı olar.

- Niyə müdafiəçiləriniz bərbad çıxış etdilər?

- İlk yarıda elə bir səhvimiz olmadı. Sadəcə, ani diqqətsizlikdən qol buraxdıq. İkinci hissənin əvvəlində buraxdığımız qol motivasiyaya təsir etdi.

- Zədəlilərinizin son durumu necədir?

- Hər oyuna itkilərlə çıxış edirik. Təbiidən süniyə, sünidən təbii ot örtüyünə keçmək çətindir. Ağabala Ramazanov sağalmışdı. Məşqə başlayan kimi yenidən zədələndi. Vüqar Bəybalayev və Edqar Paçeko da eyni səbəbdən oynaya bilmir. Bu gün isə qırmızı vərəqə alan Tome Kitanovski bura əlavə olundu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

09.12.2019

11:32  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

08.12.2019

16:28  "Sabah" - "Neftçi" - HEYƏTLƏR

14:31  "Sumqayıt" - "Qəbələ" - HEYƏTLƏR

14:30  "Zirə" - "Səbail" - HEYƏTLƏR

13:12  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

11:59  Beqoviçlə bağlı yeni iddia - digər Premyer Liqa klubuna keçir?

07.12.2019

23:14  "Montpelie" - PSJ - 1:3 VİDEO

19:15  "Real" - "Espanyol" - 2:0 VİDEO

12:31  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

08:13  "Qarabağ" - "Keşlə" - FOTOLENT

06.12.2019

20:54  "Qarabağ" yenə xal itirdi - YENİLƏNİB

18:46  "Qarabağ" - "Keşlə" -HEYƏTLƏR

05.12.2019

14:32  İlin son təyinatları - Azərbaycan Premyer Liqası

02:24  PSJ - "Nant" - 2:0 VİDEO

   
  O Q H M T-f X
1. Qarabağ 14 9 4 1 24-7 30  
2. Keşlə 14 6 5 2 18-12 23  
3. Neftçi 13 6 4 3 20-11 22  
4. Sumqayıt 13 5 2 6 17-19 17  
5. Zirə 13 3 5 5 14-21 14  
6. Sabah 13 3 4 6 14-16 13  
7. Səbail 13 3 3 7 9-20 12  
8. Qəbələ 13 3 3 7 13-23 12  
08.12Sabah ---Neftçi
08.12Zirə ---Səbail
08.12Sumqayıt ---Qəbələ
06.12Qarabağ 2-2Keşlə
01.02Zirə -Sabah
01.02Neftçi -Sumqayıt
02.02Səbail -Qarabağ
02.02Qəbələ -Keşlə