"Penalti verilməsəydi oyun başqa cür nəticələnə bilərdi" - Ruslan Qurbanov

25.11.2018 | 3665 dəfə oxunub

"Neftçi"ni qələbə münasibəti ilə təbrik edirəm. Qələbə qazanıb, mövqelərini yaxşılaşdırdılar. Maraqlı oyun alındı. Düzdür, hakim bir az tempi aşağı salırdı. Amma bu, məğlub olmağımıza səbəb deyil"

Bu sözləri "Səbail"in futbolçusu Ruslan Qurbanov Premyer Liqanın XII turunda doğma meydanda "Neftçi"yə məğlub olduqları matçı dəyərləndirərkən deyib. 27 yaşlı hücumçu matçın 52-ci dəqiqəsində qapılarına təyin olunan penaltinin doğru olmadığını bildirib: "Həmin epizodda top komanda yoldaşımın əlinə yox, sinəsinə dəymişdi. Hamı hər şeyi görür. Hakim idarəçiliyi barədə danışmaq istəmirəm. "Neftçi"nin belə qələbələrə, penaltilərə ehtiyacı yoxdur. Bu komanda iki dövrə ərzində dominantlıq edir, liderdir. Layiqli yerdə birinci pillədə qərarlaşıblar. Ona görə də belə penaltilərə ehtiyacı yoxdur. Meydanda düzgün mübarizə aparmaq lazımdır. Həm epizodda penalti verilməsəydi, matç başqa cür nəticələnə bilərdi. Hesabda 2 cavabsız qolla geri düşdükdən sonra geridönüş etmək çətin olur. Amma bu da bəhanə ola bilməz, biz qol vura bilmədik".

Millimizin üzvü hakimlərlə penalti epizodu ilə bağlı müzakirə apardığını, lakin konkret cavab ala bilmədiyini sözlərinə əlavə edib: "Oyun zamanı baş hakimdən "penalti olduğunu kim sənə dedi" - soruşdum. O da yan xətt hakimini nişan verdi. Görüşdən sonra yan xətt hakiminə özüm yaxınlaşdım və "sən penalti olduğunu gördün" - xəbər aldım. O isə konkret cavab vermədi. Aldatmaq doğru deyil. Bu, düzgün deyil".

Ruslan Qurbanov millidəki komanda yoldaşı Kamran Ağayevin UEFA Millətlər Liqasında Kosovo ilə həlledici matçda bilərəkdən iştirak etmək istəməməsi yönündə iddiaya da münasibət bildirib: "Kamranın zədəsini bəhanə etməsi məsələsinə inanmıram. Uzun illərdir milli komandanın formasını geyinir. Yayılan xəbərlər doğru deyil. Kamran, bizim özümüzə də çətindir. Həlledici görüşdə məğlub olduq. Digər futbolçuların bilərəkdən zəif oynamalarına gəlincə, hər qarşılaşmada yaxşı çıxış etmək olmur. Hərdən kimdəsə alınır, kimdəsə yox. Uşaqlar əllərindən gələni etdilər. Kosovo ilə oyunu unutmalı, səhvlərdən nəticə çıxarmalı və yolumuza davam etməliyik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail