Simeone yenə "Qarabağ"la oyunları xatırladı

29.11.2018 | 3866 dəfə oxunub

Oyuna yaxşı başladıq və rəqibi təzyiq altda saxladıq. 70-ci dəqiqəyə kimi əla mübarizə apardıq. Bu cür oyunumuz son 20 dəqiqəyə qədər davam etdi. Sonlara doğru isə şənbə günü çempionatda keçirdiyimiz oyuna görə gücümüz tükəndi və “Monako” bəzi epizodlar yaxaladı

Bu sözləri “Atletiko”nun baş məşqçisi Dieqo Simeone UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunun “Monako” ilə oyunundan (2:0) sonra keçirilən mətbuat konfransında deyib. Argentinalı mütəxəssis ötən mövsüm ÇL-da “Qarabağ”la keçirdikləri oyunları da xatırlayıb: "Ötən mövsüm “Qarabağ”a qarşı oyunlarda qol vurmaqda çətinlik çəkirdik. Bu cür turnirlərdə hədəfə düşmək çox önəmlidir. Bu, qarşıdakı dəqiqələri daha təhlükəsiz keçirməyinizə kömək edir. Bu il isə Çempionlar Liqasında daha yaxşı təsir bağışlayırıq”.

Dünən doğma meydanda “Monako”nu 2:0 hesabı ilə məğlub edən “Atletiko” xallarının sayını 12-yə yüksəldib və sona bir tur qalmış 1/8 finala yüksəlib



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail