"Mənə ən ağır gələni Bakıda bu hesabla uduzmağımızdı" - Qurban Qurbanov

30.11.2018 | 5375 dəfə oxunub

Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində keçirilən "Qarabağ" - "Sportinq" oyunundan sonra baş tutan mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

- Üzücü bir məğlubiyyət idi. rəqib ən yaxşı oyunlarından birini oynadı. Belə rəqiblərə qarşı çox istəyirik yaxşı oynayaq. Bəzən bu mümkün olmur. Belə rəqiblər daha sürətli oynayır. 

- Oyundan razı qaldız?

- Yox

- Hansı mövqedən daha çox narazısız?

- Mövqe deməzdim. Hər tərəfli rəqib üstün idi. "Sportinq" Portuqaliyanın ən yaxşı uşaq məktəbi olan klubdu. Bu komandanın həm oyun fəlsəfəsi, həm də oyun intizamı çox ustündür. Ümumiyyətlə, avropa futbolu bizdən bundan da yuxarıdadır. Özümüzü aldada bilmərik. Bəzən şansımız gətirib, bəzən əzimkar olmuşuq. Amma bu hər zaman belə olmur.

- Futbolumuzun inkişafı üçün beyninizdə hər hansı plan varmı?

- Bu gün biz real baxmalıyıq məsəllərə. İnkişaf istəyiriksə hər şeyə sıfırdan başlamalıyıq. Bu rəqiblər çox üstündür. Uşaq futbolları, tərübələri. Biz bu rəqiblərdən nələrisə öyrənə bilərik. Mənə ən ağır gələni Bakıda bu hesabla uduzmağımızdı. Bakıda heç bir rəqibə uduzmaq istəməzdik. Böyük bir inkişaf olmalıdır ki, gələcəkdə belə rəqiblərə qarşı oynaya bilək. 

- Futbolçular meydana şəhid övladları ilə çıxmışdı. Bu heç də kiçik motivasiya deyildi. Oyunda bunun effektini niyə görə bilmədik?

- İstəməzdik belə qollar buraxaq. Belə qollar buraxmalı deyildik. Deməzdim motivasiyamız yox idi. Qol buraxdıqdan sonra qol vurduq. İlk hissə bəzi hücumlarımız pis alınmırdı. Rəqib topla çox yaxşı oynadı. Planlaşdırmışdıq ki, biz daha çox topla oynayaq, amma olmadı. Belə xırda məqamlar var ki, istəyimizə mane olurdu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail