Slavçe: "Nə deyəcəyimi bilmirəm"

30.11.2018 | 4176 dəfə oxunub

“Həqiqətən, nə deyəcəyimi bilmirəm. Çox ağır məğlubiyyətdir. Bu gün rəqib daha yaxşı oynadı. Onlar yüksək texnikaya malik idilər və qələbə qazandılar”. 

Stadium.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Simeon Slavçev Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda evdə "Sportinq"ə ağır məğlubiyyətdən sonra jurnalistlərə müsahibəsində deyib. Bolqarıstanlı yarımmüdafiəçi 1:6 hesablı məğlubiyyəti şərh edərkən çox məyus olduğunu bildirib.


- “Sportinq”ə səfərdə 0:2, “Arsenal”a isə 0:3 hesabı ilə məğlub olmuşdunuz, bu gün isə qapınızda 6 top gördünüz. Bu, rəqibin texniki göstəricilərinin olmasına görə idi?

- Bayaq dediyim kimi, buna cavab verməkdə çətinlik çəkirəm. Biz bacardığımız qədər mübarizə apardıq, amma hesab belə oldu.


- Bu gün keçmiş komandanıza qarşı oynadınız. Hansı hissləri keçirdiniz?

- Bu gün köhnə dostlarımdan bir neçəsini gördüm. Özüm üçün onları görmək yaxşı oldu. Ancaq komandamızın bu gün, bu hesabla məğlub olması məni çox məyus etdi. Bizim üçün çox pis gün oldu. Növbəti oyunlarda inkişaf etməliyik, oyunun bütün aspektlərində zəif idik.


- Londonda “Arsenal”la görüşə hansı psixologiya ilə gedəcəksiniz? Biz həmin oyunda nəyə ümid etməliyik?

- Çalışacağıq ki, həmin matçda daha yaxşı oyun göstərək və azarkeşlərimizi sevindirək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail