Simeon: "Adətən, bizdə belə məğlubiyyətlər olmur"

01.12.2018 | 4508 dəfə oxunub

"Sportinq" baxımlı oyun sərgilədi, yaxşı oynadılar. Tək toxunuşlu ötürmələr zamanı bir-birlərini yaxşı başa düşürdülər".

Stadium.az xəbər verir ki, bu sözləri "A Bola"ya açıqlamasında “Qarabağ”ın yarımmüdafiəçisi Simeon Slavçev deyib. Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Sportinq”ə 1:6 hesablı ev məğlubiyyətini şərh edən bolqarıstanlı futbolçu təəssüf fikirlərini bölüşüb: “Təəssüf ki, 6 top buraxdıq. Bu, komanda üçün yaxşı hal deyil. Adətən, bizdə bu cür məğlubiyyətlər olmur. Bu dəfə belə alındı”. Mövsümün əvvəlində “Qarabağ”a “Sportinq”dən keçən Slavçev sabiq komandasının şanslarını dəyərləndirib: “Avropa Liqasının finalı Bakıda olacaq. “Sportinq”in əsas hədəfinin ölkə çempionatı, yoxsa Avropa Liqasını qazanmaq olduğunu bilmirəm. Amma əgər bizə qarşı oynadıqları kimi mübarizə aparsalar, turnirdə qalib olmaq üçün əla şanslarının olduğunu deyə bilərəm”. 24 yaşlı futbolçu Lissabon klubuna uğurlar arzu edib: “Sportinq”ə işıqlı gələcək arzu edirəm. Qalmaqal və çətinliklər artıq geridə qaldı. Ümid edirəm ki, bundan sonra yeni prezidentlə onlar daha da yaxşı olacaq və titullar qazanacaqlar”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail