Daliç: "Heç bir rəqibə yuxarıdan aşağı baxmaq olmaz"

02.12.2018 | 4000 dəfə oxunub

Məqsədimiz final mərhələsinə vəsiqə qazanmaqdır. Qrupumuz nə asan, nə də çətindir. Ola bilər, bəxtimiz bir qədər gətirib, amma hər bir komandaya ciddi yanaşmalıyıq. İstənilən halda püşkdən narazı qalmamalıyıq”. 

Bu sözləri Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç ölkəsinin mətbuatına açıqlamasında deyib. Bu gün Dublində keçirilən AÇ-2020-nin seçmə mərhələsinin püşkatmasının nəticəsinə münasibət bildirən mütəxəssin eyni qrupda yer aldıqları yığmaları dəyərləndirib. Z. Daliç milli komandamız haqda da danışıb: “Qrupumuzda 2-ci yeri tutmağa əsas namizəd kimi Uelsi görürəm. Bu, sıradan komanda deyil. Biz nə istədiyimizi bilirik. Qrupda 1 və 2-ci olmaq əsas hədəfimizdir. Heç bir rəqibə üstdən-aşağı baxmamalıyıq. Belə etsək, hər şey əleyhimizə olar. Slovakiyanın heyətində Şkrtel, Şkrinyar, Hamşik kimi futbolçular var. Onlarla da oyunlarımız asan keçməyəcək. Macarıstanı da unutmaq olmaz. Azərbaycanla isə əvvəlki seçmə mərhələlərdə oynamışıq. 5 komandalı qrupa düşməyimiz bizə 2 yoxlama oyunu keçirmək imkanı da verir. Güclü sparrinq-rəqiblər seçməliyik”. Qeyd edək ki, Xorvatiya millisi Azərbaycan, Slovakiya, Uels və Macarıstanla birlikdə E qrupunda yer alıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail