Samir Abbasov: "Dünən komandam çox əzmkar və istəkli idi"

03.12.2018 | 5287 dəfə oxunub

"Bir qədər üzülürük. Həm hesaba, həm də Bilal Həmdinin qırmızı vərəqəsinə görə. Rəqibin düşdüyü situasiya bizim üçün əlverişli olmalı idi. Dünən də oyuna yaxşı başladıq, bu gün də. Yolumuz uzundur, qış fasiləsini səbrsizliklə gözləyirik".

Stadium.Az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Samir Abasov səfərdə "Qəbələ" ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XIII tur matçından sonra mətbuat konfransında deyib. 40 yaşlı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb:

- Bilal Həmdiyə xəbərdarlıq olmamışdı ki, ehtiyatlı olsun? Axı, dünən artıq sarı vərəqəsi var idi... 

- Xəbərdarlıq etmişdik. Dünən ədalətli sarı vərəqə almışdı. Ancaq ikinci "sarı" ilə razı deyiləm. Baş hakimin (Vüqar Həsənli - red.) bunu hiss etməsi üçün onun özü futbol oynamış adam olmalıdır. Məncə, həmin toqquşma təbii idi, epizod vərəqəlik deyildi. Elə Adil Nağıyevə də ötən tur düzgün vərəqə verməmişdi.

- Belə çıxır ki, hakimlərin sabiq futbolçular olmasının tərəfdarısınız? 

- Ümumiyyətlə, futbolda futbol oynamış insanlar nə qədər çox olsa, bir o qədər xeyirli olar.

- Oyunun 2 günü əhatə etməsi işinizə ziyan vurdu? 

- Dünən komandam çox əzmkar və istəkli idi. Ancaq desək ki, dünən oyunu başa vursaydıq, başqa nəticə olardı, doğru olmaz. Bütün hallarda Qəbələyə 3 xal arxasınca gəlmişdik.

- Budaq Nəsirov ötən oyunda özünü yaxşı tərəfdən göstərdi. Ancaq bu oyunda şans vermədiniz... 

- Ona güvənirəm. İnanıram əsas heyətin üzvünə çevriləcək.

- Deyəsən, Qəbələni çox bəyəndiniz. Nə yaxşı konfransa ikinci qatıldınız? 

- Deyəsən, Sənan Qurbanov Bakıya məndən çox tələsir (gülür). Mənə nə vaxt deyildisə, onda da gəldim



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail