"3 qolun ardıcıl buraxılması çox sual doğurur" - Tərlan Əhmədov

03.12.2018 | 3832 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 13-cü turunun son görüşündə "Qarabağ" - "Keşlə"ni qəbul edib.

Stadium.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov jurnalistlərin suallarını cavablandırıb

- Belə nəticədən sonra nəsə demək çətindir. Görüləsi işlərimiz çoxdur. İlk hissə erkən qol, ikinci hissə yenə erkən qol və ardıcıl 3 qol. Bu məqam çox suallar doğurur. Ola bilməz ki, bir komanda bu qədər uğursuz olsun. Yeni futbolçular cəlb olunmalıdır. Bu gün müdafiədə buraxılan qollar məni çox narahat etdi. Zaman yoxdur, amma görüləsi işlər çoxdur


- İkinci hissənin əvvəli açıq futbol nə dərəcədə doğru idi?

- Açıq futbol planda olmayıb. İlk hissə necə çıxış etdiksə, ikinci hissədə tələbimiz o idi. "Qarabağ"a  qarşı kimsə açıq futbol oynamaq istəməzdi. Yenə deyirəm 3 qolun ardıcıl buraxılması çox sual doğurur. 

- Davud Kəriminin səhvlərindən qollar buraxıldı. Çıxışından narazı qaldınız?

- Təbii ki, razı qalmadım. Uzun müddətdi oynamırdı. Səhvlər etməsi normal idk. Başqa çıxış yolumuz da yox idi.

- Kamran Ağayevin zədəsi nə yerdədir?

- Bir söz demək olmur. Zədənin ağrısını yaşayan Kamrandı. Çox istərdik meyydanda olsun. Dünənki söhbetimizdə də gördük ki, hazır deyil. Çalışacağıq qarşıdakı son turda və ya kubok görüşünə hazır olsun



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail