Sənan Qurbanov: "Qəbələ" fasilədən sonra qələbələri sıralayacaq"

09.12.2018 | 4989 dəfə oxunub

Qələbə qazanmaq istəyirdik. Bunun üçün bəzi taktiki gedişləri gerçəkləşdirməli idik. Belə gedişlərin üzərində həm məşqlərdə, həm nəzəri hazırlıq zamanı çox çalışmışdıq. Oyundan razı qaldım. Həmin elementləri meydançada reallaşdırsaq da, qol imkanlarından yararlana bilmədik".

Bu sözləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 14-cü turunda səfərdə "Səbail"lə heç-heçə etdikləri oyundan(0:0) keçirilən mətbuat konfransında deyib. 38 yaşlı çalışdırıcı qış fasiləsindən sonra komandasının qələbələr sıralayacağını səyləyib: "Rəqibin də fərqlənmək şansları oldu. Bu da normal haldır. Biz daha çox qələbə qazanmaq istəyirdik ki, xal fərqi böyüməsin. Nəticə qane etməsə də, oyun ümid verdi. Sevindiricidir ki, rəqibin analizinə əsasən verilən tapşırıqları futbolçular düzgün başa düşüb yerinə yetirdi. Qol imkanlarımız da bunlara əsasən yarandı. Təəssüflər olsun ki, həmin epizodları qola çevirə bilmədik. Qarşıda mövsümün ikinci yarısı var. Bu, bizim ilk yarıda son oyunumuz idi. İnanıram ki, “Qəbələ” qış fasiləsindən sonra qələbələri sıralayacaq. Bunu əminliklə deyə bilərəm. Qış fasiləsində komandadan heç kimi göndərmək fikrimiz yoxdur. Bu kollektivi daha da möhkəmləndirmək istəyirik. Ola bilər ki, heyətə yeni oyunçular cəlb olunsun".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail