Elşad Əhmədov: "Hücumda problemimiz var"

16.12.2018 | 4392 dəfə oxunub

Kubok oyunu gərginliyi ilə yadda qaldı. İkinci hissənin sonunda qol imkanlarımız oldu, ancaq bundan istifadə edə bilmədik. Bu, öz günahımızdır. İlk hissənin sonuna yaxın boşluq yaratdıq, rəqib bundan yararlandı. İkinci hissədə daha maraqlı matç alındı. Cavab görüşündə daha yaxşı oynayıb mərhələ keçmək istəyirik".

Bu fikirləri "Sabah"ın baş məşqçisi Elşad Əhmədov Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk matçında "Qəbələ"yə 0:1 hesabı ilə uduzduqları səfər qarşılaşmasından sonra mətbuat konfransda deyib. 48 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- Səfərdə qol lazım olduğu halda, iki gənc futbolçunu - Şakir Seyidovla Emil Qasmovu meydana buraxdınız. Bu anlaşılmaz qərarınız nə ilə bağlı idi?

- Onlara digər futbolçular kimi inanıram. Şakirin qol vəziyyəti oldu. Niyə də inanmayaq ki? Gənclərə şans vermək istəyirik. Onlar "Sabah"ımızın sabahıdır.

- Qış transfer dövründə bol transfer gözləməyə dəyər?

- Bol yox, bizə 1-2 futbolçu lazımdır. Hücumda problemimiz var. Marko Deviç zədəli olanda çətinliklə üzləşirik. Ön xətdə dəyişiklik olması gözlənilir.

- Cavid İmamverdiyev kapitan olsa da, göründüyü kimi, lider deyil.

- Razı deyiləm. Elə matçlar olur ki, zəif oynayır. Ancaq həlledici məqamlarda səhnəyə çıxdığı anlar olur. Cavidə inanırıq.

- Futbolçularınız oyun boyu sürüşürdü. Bu, nə ilə bağlı idi?

- Meydançada otun azlığı var idi, çox götürmüşdülər. Dünən burada yox, ehtiyat meydançada məşq etdik. Əsas meydançanı hiss etməyimiz, uyğunlaşmağımız lazim idi. Futbolçularımıza demişdik ki, ehtiyat butsularınızı götürün. Keçən dəfə Qəbələdəki oyunda da belə çətinliklə üzləşmişdik. Göründüyü kimi, "Qəbələ"nin futbolçuları sürüşmürdü.

- Mərhələ keçmək şansınız indi nə qədərdir?

- Oyundan əvvəl bərabər idisə, indi 60-40 faiz "Qəbələ"nin xeyrinədir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail