Qurban Qurbanov: "Cavab oyununda daha diqqətli olmalıyıq"

16.12.2018 | 4079 dəfə oxunub

"Çətin oyun olacağını bilirdik. Yorğunluq hiss olunurdu. Nəticə və oyundan razı qaldım".

Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində doğma meydanda "Keşlə"ni məğlub etdikləri matçı dəyərləndirərkən deyib.   

Təcrübəli çalışdırıcı cavab oyununa ciddi hazırlaşacaqlarını bildirib: "Keşlə" kubok oyunlarında çox fərqli oyun sərgiləyir. Çempionat və kubok oyunları fərqlidir. Cavab oyununda daha diqqətli olmalı, daha çox mübarizə aparmalıyıq. Görüşə tam hazır olmağa çalışacağıq".  

- Rəqibin 4 müdafiəçi ilə oynaması nə dərəcədə gözlənilməz oldu?

- Bu gün belə oynayacaqlarını gözləyirdim. Çempionat oyununda da belə taktika ilə meydana çıxmışdılar. Düzü, biz 5-li müdafiəyə hazırlaşmışdıq. 


- Cavab oyunu süni örtüklü meydanda keçiriləcək. Bu, sizə problem yarada bilər?

- Orada oynamaq həqiqətən də ağırdr. Belə meydanlarda kiçik zədələrdən narahat olmuşam. Amma hazırda nəsə düşünməyə vaxtımız yoxdur. Futbolçular, əksinə, bu çətinliyi göz önünə gətirib maksimum hazırlıq keçməlidirlər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail