"Qarabağ"ın fizioterapevti "El Klassiko"nu izlədi

20.01.2012 | 4463 dəfə oxunub

Məlum olduğu kimi, bir müddət öncə "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov "Barselona"nın düşərgəsinə yollanıb. Stadium.az xəbər verir ki, bu günlərdə isə klubun fizioterapevti Oktay Gürsoy İspaniyanın digər nəhəng klubu Madrid "Real"ının düşərgəsində olub və sahəsiylə bağlı ixtisaslaşma keçib.

Bir həftə ərzində "kral klubu"nun düşərgəsində olan Gürsoy tibbin futbol üzərində təsiri və yenilikləri ilə tanış olub. Oktay bu barədə təssüratlarını bölüşüb: "Səfərimiz olduqca maraqlı oldu. "Real"ın tibb sistemiylə tanış oldum. Olduqca maraqlı nüanslarla qarşılaşdım. "Real"ın baş həkimi Munyosla söhbətlərim oldu.

Eyni zamanda Madrid klubunun tibbi personalının hansı sistemlə çalışdığını öyrəndim. "Real"ın əsas komandasının 1 həkimi və 5 fizioterapevti var. Gördüklərimi təbii ki, öz tibbi personalımızla paylaşacağam. Səfər zamanı fürsətdən istifadə edib "El Klassiko"nu da izlədim. Təəssüflər olsun ki, "Barselona" yenə qələbə qazandı".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail