Bordin: "Öncə bu məğlubiyyəti unutmalıyıq"

19.12.2018 | 4098 dəfə oxunub

"Neftçi” Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində səfərdə "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəlib. İlk oyunda 0-2 hesabı ilə məğıub olan "ağ-qaralar" tunirlə vidalaşıb

O0yundan sonra mətbuat konfransında iştirak edən "Neftçi"nin baş məşqçisi Roberto Bordin fikirlərini bölüşüb. İtaliyalı mütəxəssis mübarizəni dayandırdıqları üçün üzüldüyünü deyib: - İkiqat mübarizə apardıq. Əfsuslar olsun ki, ilk oyunda əlimizə düşən imkanlardan yararlana bilməmişdik. İlk oyunda qol vura bilsəydik, bu gün davamını gətirəcəkdik: Bizim üçün üzücü haldır. İmkanlarımız oldu, düzgün istifadə edə bilmədik. Hər birimiz üzülürük. Fasilə ərəfəsində maksimum yaxşı hazırlaşacağıq.

- Ehtiyat oyunçular skamiyasında oyunu gücləndirə biləcək futbolçu yox idi. Qışda heyətinizi neçə futbolçu ilə gücləndirəcəksiniz?

- Zədəli və cəzalı futbolçuların olması normaldır. Heyətimizdə olan futbolçu sayı məni qane edir. Meydanda daxil olan futbolçular öz vəzifələrini yerinə yetirə bildilər.

- Qış transfer dönəmində hansı mövqeləri gücləndirməyi planlaşdırırsınız?

- Bizim bu haqda düşünməyə kifayət qədər vaxtımız olacaq. Öncə bu məğlubiyyəti unutmalı, daha sonra bu haqda düşünməliyik.

- Komandadan göndərəcəyiniz futbolçuları müəyyənləşdirmisinizmi? - Bizim müzakirə etmək üçün vaxtımız var.

- Oyun başa çatdıqdan sonra baş hakim Orxan Məmmədova etiraz edirdiniz. Etirazınız nə ilə bağlı idi?

- Rəqibin futbolçuları oyunun tempini aşağı salırdı. Biz isə vaxt itirmək istəmirdik. Bu haqda hakimlə danışığımız oldu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail