Sənan Qurbanov: Həm kubok, həm də çempionatda sonra kimi mübarizə aparacağıq"

20.12.2018 | 3773 dəfə oxunub

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində baş tutan “Sabah” – “Qəbələ” matçından (0:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Sənan Qurbanovun mətbuat konfransı keçirilib.

Stadium.az xəbər verir ki, 38 yaşlı mütəxəssis qələbəni şərh edib: “Kubok oyunları fərqli olur. İlk görüşdə səhvlərimiz var idi. Bunu analiz etmişdik. Sevindiricidir ki, futbolçular cavab matçına çox məsuliyyətlə yanaşdılar. Demək olar ki, səhvsiz oynadıq. Yaxşı futbol oynayıb qalib gəldik. Topa nəzarət bizdə idi. Komandamız daha çox qol imkanı yaratdı. Qış fasiləsindən sonra istədiklərimiz daha yaxşı, sistem şəklində işləməlidir. Fəxr edirəm ki, belə futbolçularla işləyirəm. Mərhələ keçdiyimiz üçün həm komandanı, həm azarkeşləri təbrik edirəm. Komandama inanıram. Nəyinsə üzərində işləyəndə və inkişafı görəndə inamlı danışmaq mümkündür. Qış fasiləsindən sonra daha çox qələbə qazanmalıyıq ki, rəqiblərimizə çataq. Bunun üçün çox çalışmalıyıq. Qarşıda zamanımız da var. İlk yarıdan sonra rəqiblərlə aramızda böyük xal fərqi olmadığı və qarşıda yarım mövsümün qaldığını nəzərə alsaq, hədəfimiz ilk “üçlüy”ə düşməkdir. Həm çempionat, həm kubokda sonadək mübarizə aparacağıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail