Qurban Qurbanov: "Onlarla heç bir danışığımız olmayıb"

20.12.2018 | 3949 dəfə oxunub

Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab görüşü çərçivəsində "Keşlə" "Qarabağ"ı qəbul edib

Stadium.az xəbər verir ki, başa çatan oyunundan sonra keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb

- İlk oyunda olduğu kimi çətin oldu. Kubok oyunları fərqli olur. Meydanda oynamaq çətin idi. İlk hissə top itkiləri çox oldu. İkinci hissə daha yaxşı oynamağa başladıq. "Keşlə" də yaxşı mübarizə apardı. Hiss olunur ki, Tərlan yaxşı komanda qura bilib. Öz sistemini komandaya aşılaya bilib

- Komandadan ayrılan futbolçular olacaq?

- Hələ ki heç bir məlumat verə bilməyəcəm. Hər biri ilə müqaviləmiz var. Ancaq elə futbolçular var ki, daha çox oynamaq istəyirlər. Hər hansı futbolçu yaxınlaşıb özü getmək istəsə başqa məsələ.

Almeyda və Pedronun komandaya qayıdacağı deyilir

- Heç biri ilə danışığımız olmayıb. Almeyda gedəndə də demişdik ki, hər zaman qapılar üzünə açıqdır

- Oyunun sonunda İnqlab Məmmədovla aranızda dialoq oldu

- Etiraz bildirmədim. Hörmət etdiyim hakimlərdən biridir. Sadəcə daha  çox sarı vərəqə göstərdi. Bu mənim üçün gözlənilməz oldu.  Çünki o qədərdə mübarizəli oyun getmirdi. Kubanın sarı vərəqə aldığı hər iki epizodda  isə ümumiyyətlə sarı yox idi. Hamı diqqətli olmalıdır ki, hansısa səhvlərə görə klublar əziyyət çəkməsinlər

- Geridə qalan ili necə keçdi

-  Çox çətin il oldu. Dəyişiklər çox oldu. Belə məqamda hər şeyi tez bir zamanda düzəltmək olmur. Nəzərə alaq ki, qrafik də çox sıx idi. Gedən futbolçularımız oldu. Hər birinə təkliflər olub. Hətta əvvəlki illlərdən daha çox təklif edilmişdi. Amma onları da başa düşürəm. Çempionlar Liqasından sonra təkliflər var idi və dəyərləndirdilər. Belə olan halda dəyişikliklərə məcbur olduq ki, bu da çətinliklər yaratdı. Ümumən isə ardıcık beşinci il də qrup mərhələsində çıxış edə bildik. Bunu da klub olaraq uğurlu saya bilərik



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail